Mnatsakanyan və ATƏT sədri Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib
Münhen Təhlükəsizlik konfransı çərçivəsində Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla Slovakiya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak arasında görüş keçirilib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistan XİN-in saytı məlumat yayıb.
Görüş zamanı Ermənistan-Slovakiya gündəminin bir sıra məsələləri müzakirə edilib.
Tərəflər Ermənistanla Avropa İttifaqı arasında tərəfdaşlıq mövzusuna toxunublar.
Zohrab Mnatsakanyan ATƏT-in Minsk qrupu çərçivəsində Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll edilməsi məsələsində Ermənistanın yanaşma və mövqeyini təqdim edib.
P.S.
307