Mojtaba Haşemzadeh: Artıq çəki və piylənmə sağlamlıq üçün ciddi problemdir | 1news.az | Xəbərlər
Müsahibə

Mojtaba Haşemzadeh: Artıq çəki və piylənmə sağlamlıq üçün ciddi problemdir

11:04 - 12 / 07 / 2019
Mojtaba Haşemzadeh: Artıq çəki və piylənmə sağlamlıq üçün ciddi problemdir

Müasir dövrdə piylənmə və artıq çəki tibbin ən aktual problemlərindən birinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının apardığı  tədqiqatlar göstərir ki, insanın bədən kütləsinin artması müxtəlif patalogiyaların inkişaf riskinin yüksəlməsinə səbəb olur. Ona görə də, bu xəstəliyi hər cür yolla, hətta cərrahi müdaxilə yolu ilə müalicə etmək önəmlidir. 

Mərkəzi Gömrük Hospitalın prioritet inkişaf istiqamətlərindən biri də bariatrik cərrahiyyədir. Hospitalın bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Dr.Mojtaba Haşemzadeh hesab edir ki, bu gün bariatrik cərrahiyyə - piylənmə və artıq çəkidən əziyyət çəkən insanların ömrünün uzadılması və sağlamlıqlarının qorunması üçün real şansdır.

Nəzərinizə çatdıraq ki, Dr. Haşemzadeh ABŞ-ın Beth Universitetinin bariatrik cərrahiyyə fakültəsini, İran İslam Respublikasının Məşhəd və Tehran Tibb Universitetlərini bitirib. Bu həkim dünyanın müxtəlif klinikalarında 8000-dən artıq uğurlu bariatrik əməliyyatlar icra edib. Hazırda onun pasiyentləri Mərkəzi Gömrük Hospitalına nəinki Azərbaycandan, həm də Böyük Britaniya, Kanada, İsveçrə, ABŞ, İrandan və başqa ölkələrdən müraciət edirlər.

- Dr.Mojtaba Haşemzadeh, artıq çəki və piylənmə xəstəliyi  olan  insanlar həyatda hansı problemlərlə üzləşirlər?

- Artıq çəki və piylənmə  sağlamlıq üçün ciddi problemdir və insanların orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu, onkoloji xəstəliklərlə yanaşı, diabet, bağırsaq, ürək-damar sistemi problemləri və eləcə də, psixi pozğunluqlara aparan bir yoldur. Piylənmə qaraciyər çatışmamazlığına, arterial təzyiqin artmasına, şəkərli diabetə, miokard infarktına, sonsuzluğa səbəb ola bilər.

Orqanizmin müxtəlif nahiyələrində yığılan piylər insana öz mənfi təsirini göstərir. Eyni zamanda, artıq çəkisi olan  insanlar yeriməyə çətinlik çəkir, müxtəlif psixoloji problemlərlə üzləşir və depressiyaya düşə bilərlər. Ona görə bu  xəstəlik  mütləq müalicə olunmalıdır. 

- Doktor, tibbi baxımdan hansı insanlar kök və piyli hesab olunur? İnsan haradan bilsin ki, piylənmə xəstəliyinə düçar olub?

- Piylənmə və onun dərəcəsi  bədən kütləsi  indeksi ilə hesablanır. Bədən kütləsi indeksi  insanın bədən çəkisinin onun boyuna müvafiq olmasını qiymətləndirən göstəricidir. Bunu hesablamaq üçün çəkini boyun hündürlüyünün kvadratına bölürlər. 

Əgər boy 1,60 metr, çəki 75 kiloqramdırsa, düzgün çəkini hesablamaq üçün 75 rəqəmi 1,6-nın kvadratına bölünür, alınan rəqəm bədən kütləsi indeksini müəyyən edir. Piylənmə diaqnozu BKİ 30 və ya bundan yuxarı olduqda qoyulur. Alınan rəqəm 30-34,9 arası birinci, 35-39,9 arası ikinci, 40-dan yuxarı üçüncü dərəcəli piylənmə sayılır.

- Piylənməni hansı yollarla müalicə etmək olar?

- Piylənmənin növlərinin müxtəlifliyindən asılı olaraq mübarizə aparmağın yolları da fərqli olur. Artıq çəkinin və piylənmənin müalicəsinin əsas istiqamətləri pəhriz və idmanla məşğul olmaqdır, sağlam həyat tərzi keçirməkdir. Piylənmə dərəcəsi çox yüksək olan pasiyentlərin effektiv müalicəsi isə cərrahi müdaxilədir - bariatrik deyilən əməliyyatlardır. 

- Doktor, Siz Mərkəzi Gömrük Hospitalında hansı bariatrik cərrahi əməliyyatları həyata keçirirsiniz?

- Biz  Mərkəzi Gömrük Hospitalında hər xəstənin artıq çəkisinə uyğun olaraq  müvafiq müalicə metodu tövsiyə edirik. O cümlədən, xəstəxanamızda bariatrik cərrahiyyənin növləri sayılan  mədə kiçiltmə əməliyyatı, esliv sasi əməliyyatı, sleeve By Pass, mini By Pass, mədə balonu, mədə kəməri və digər əməliyyatları  həyata keçirmək imkanımız vardır. Amma ən çox yayılan cərrahi metodlardan biri endoskopik vasitə ilə mədədə balon yerləşdirilməsidir ki, bu zaman bədəndə  heç bir nahiyə kəsilmir.

- Xəstələrin çoxu bu cərrahiyyə əməliyyatlarından qorxurlar. Siz belə xəstələrə nələri tövsiyə edərdiniz?

- Piylənmə gələcəkdə 100% digər orqanlarda fəsadlar törədəcək. Əgər xəstə müalicə olunmazsa, bunun fəsadlarından dünyasını dəyişə  bilər. Amma cərrahi üsullarda 1% fəsad ehtimalı var, bu da müxtəlif metodlarla 0-a enə bilər. Piylənmə dərəcəsi yüksək olan pasiyentlərə  bariatrik həkimə müraciət etmələrini və bu problemin aradan qaldırılması üçün uyğun olan  bariatrik cərrahiyyə növünün seçilməsini tövsiyə edirəm. Bariatrik əməliyyat həyata keçirən  pasiyentlər  bu problemlərdən azad ola bilirlər.

- Doktor, bariatrik cərrahiyyə ilə xəstə nə qədər çəki itirir? Və mədənin yenidən böyüməsi və bu çəkinin yenidən alınması ehtimalı varmı?

- Əməliyyatdan sonra xəstələr normal çəkiyə düşürlər,  qanda şəkərin miqdarı tənzimlənir, qan təzyiqi normallaşır, əməliyyatda sonra xəstələrin ömürləri 10-12 ilədək uzanmış olur. Biz əməliyyat zamanı mədənin kəsilən hissəsində tikiş aparırıq deyə, mədənin böyüməsi ehtimalı demək olar ki, yoxdur.

1news.az

Paylaş:
1712

Son xəbərlər

Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52
Bütün xəbərlər