Monqolustan prezidenti Azərbaycana işgüzar səfərə gəlib
Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 24-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanı hava limanında Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər qarşılayıblar.
1news.az
646