Monteneqro Azərbaycanda diplomatik missiya açır | 1news.az | Xəbərlər
Siyasət

Monteneqro Azərbaycanda diplomatik missiya açır

16:18 - 22 / 01 / 2019
Monteneqro Azərbaycanda diplomatik missiya açır

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Monteneqro Xarici İşlər Nazirliyinin baş katibi Veselin Şukoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, görüşdə Azərbaycanla Monteneqro arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edildi, yüksək səviyyəli səfərlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi vurğulandı.

 Tərəflər iki ölkə arasında enerji, nəqliyyat, investisiya, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etdilər. Qarşılıqlı sərmayə yatırımını təşviq etmək və iki ölkə arasında ticarət dövriyyəsini artırmaq məqsədilə biznes forumların keçirilməsinin vacibliyi vurğulandı. Nazir Elmar Məmmədyarov qonağa Cənub Qaz Dəhlizinin inkişafı, TANAP və TAP layihələri haqqında məlumat verdi və bu əsnada Monteneqro ilə əməkdaşlıq məsələlərini diqqətə çəkdi.

Nazir E.Məmmədyarov Monteneqronun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın ədalətli mövqeyinə verdiyi qəti dəstəyin yüksək qiymətləndirildiyini vurğuladı. O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin hazırkı mərhələsi barədə qarşı tərəfi məlumatlandırdı.

V.Şukoviç ikitərəfli münasibətlərin inkişafında yeni mərhələyə qədəm qoyulduğunu ifadə edərək, Monteneqronun Azərbaycanda öz diplomatik missiyasını açmaq niyyətini əks etdirən notanı Azərbaycan tərəfinə təqdim etdiyini bildirdi.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

 

 

 

 

Paylaş:
536

Son xəbərlər

Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12
Bütün xəbərlər