MTX-nın gizli agenti Paşinyan ABŞ-la Qarabağın təhvil verilməsini müzakirə edir – FOTO   | 1news.az | Xəbərlər
Ermənistan

MTX-nın gizli agenti Paşinyan ABŞ-la Qarabağın təhvil verilməsini müzakirə edir – FOTO  

16:12 - 30 / 08 / 2018
MTX-nın gizli agenti Paşinyan ABŞ-la Qarabağın təhvil verilməsini müzakirə edir – FOTO  

Ermənistanda korrupsiyaya qarşı “mübarizə” aparan, baş nazir Nikol Paşinyanı Ermənistanın milli təhlükəsizlik xidməti ilə nə bağlayır?...

1news.az-ın Ordu.az-a istinadla verdiyi xəbərə görə, Ermənistanın sabiq MTX zabiti xatirələrini bölüşərkən qeyd edir ki, Paşinyanın ilk dəfə 90-cı illərin sonlarında qalmaqallı “Orakir” qəzetinə rəhbərlik etdiyi dövrdə MTX-nin maraq dairəsinə düşüb.

Məlum olub ki, Paşinyan məqsədli şəkildə hakimiyyət nümayəndələri haqqında tənbeh məqalələri dərc edir və LGTB tərəfdaşı kimi çıxış edirdi. Faktiki olaraq o, qorxaq və şərəfsiz şəxsiyyətdir. Təhlükəsizlik əməkdaşları onu tutub gətirərkən hər hansı təzyiq olmadan bütün sifarişçiləri və aldığı məbləğləri açıb söylədi. O zaman gənc redaktor həmin şəxslərə qarşı mübarizə aparmağa və MTX nümayəndələri ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Profilaktik xarakterli söhbət və yazılı vədlərdən sonra Paşinyan sərbəst buraxılıb.

2008-ci ilin mart ayında verdiyi vədləri unudan Paşinyan kütləvi iğtişaşlarda iştirak edir və axtarışa verilir. O, baş verən nəticələrdən qorxaraq sərbəst təslim olur və mühakimə edilir. Bir həftə kamerada qaldıqdan sonra, özü izahat vermək üçün görüş xahiş edib və bütün tapşırıqları yerinə yetirməyə hazır olduğunu bildirib.

Sabiq zabitin sözlərinə görə, Paşinyan həbsdə saxlama müddətinin azaldılması məqsədilə MTX rəhbərliyinə yalvarır, bütün iş yoldaşlarının adlarını, ünvanlarını, onların sevgililərini və oynaşlarının adlarını asanlıqla danışırdı.

"Vazgen, Aşot kimi insanlar Paşinyanın yalan ittihamlarından zərər çəkib. Paşinyan həmin ittihamların səs yazmalarının qalmadığını düşünürdü. Ancaq elə deyil. Bütün bu səs yazmalar qalmaqdadır. Elə səs yazmalar var ki, Paşinyanı məhv edə bilər. Həmin səs yazmalar Paşinyan üçün ən uğursuz vaxtda yayımlanacaq. O zaman xalq Paşinyanın necə alçaq və xəyanətkar olduğunu görəcək", - deyə o qeyd edir.

Paşinyan, Ermənistan milli təhlükəsizlik xidməti ilə əməkdaşlıq etməyə razılıq verdikdən 1 il sonra həbsdən azad edilib. Artıq Paşinyan yaxşı hazırlanmış agent idi. O, çox diqqətli şəkildə Bağramyan 26 (prezident iqamətgahı) ünvanından qidalandırılır və mütəmadi olaraq əhəmiyyətli məlumat verməklə, məruzə edirdi.

"Bəs bugün nə baş verir? Kimlərinsə siyasi oyunlarında iştirak edərək, Paşinyan özü də bilmədən, gözlənilmədən baş nazir oldu. Əldə etdiyi hakimiyyətdən istifadə edərək və öz rolunu unudaraq, öz əvvəlki rəhbərlərindən qisas almağa başlayıb. Vaxtilə onunla birlikdə əməkdaşlıq edənləri vəzifələrdən azad edir, həbs edir. Onun biabrçı keçmişini bilən polis və istintaq orqanları rəhbərlərini cəzalandırdı. MTX-nin yeni təyin edilən rəhbərindən tələb etdi ki, iri erməni iş adamlarının və siyasi xadimlərin bank hesablarının aşkarlanması və məcburi şəkildə vəsaitlərin guya xəzinəyə qaytarılmasını təmin etsin. Banklar bütün əmanətçilərin gizliliyini pozaraq tələb olunan məlumatları təqdim etdi. Əslində Paşinyan həmin vəsaitləri seçki qabağı təbliğata istifadə etməyə çalışır. Bununla Paşinyan şəxsi qazanc əldə etdi. ABŞ-dakı dostları Kipr və Maldivlərdəki ofşor zonalarda arvadı Anna Hakobyan adına hesablar açıldı. Ancaq ən çox Qarabağın təhvil verilməsi ətrafında ABŞ-la gizli danışıqlar aparması başa düşülməyən və dəhşətlidir. O, buna görə bütün erməni xalqı qarşısında cavab verəcək.

Nikol Paşinyan baxaq görək sənin tərəfdaşların yoldaşların bütün bunlar açıqlandıqda nə deyəcəklər. Dərk et ki, bu hələ başlanğıcdır. Hər ay Paşinyanın fəaliyyəti barədə bir neçə səhifə açıqlamaqla, sənə güvən göstərən, lakin sənin xəyanət etdiyin xalq tədricən siyasi xadim, xalqın seçimi kimi səni məhv edəcək”, - deyə MTX zabiti vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
1350

Son xəbərlər

Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12
Bütün xəbərlər