Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın mövqeyi yenidən dəyişdi | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın mövqeyi yenidən dəyişdi

10:46 - 14 / 11 / 2018
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın mövqeyi yenidən dəyişdi

Rusiyanın Xarici İşlər naziri S.Lavrovun ATƏT-in baş katibi T.Qremingerlə Moskvada görüşdən sonra keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı verdiyi açıqlamalar kifayət qədər ciddi diqqəti çəkir və mahiyyət baxımından bu bəyanatlar Dağlıq Qarabağ tənzimlənməsində irəliləyiş yarada bilər.

S.Lavrovun bəyanatı ilə eyni vaxtda rusiyalı həmsədr İ.Popov regionda səfərdə olarkən Ermənistandan Dağlıq Qarabağa getməkdən imtina etdi, başqa sözlə Dağlıq Qarabağda ermənilərlə görüşmədi. Bir dəstə ermənipərəst rusiyalı ekspert İ.Popovun Dağlıq Qarabağa səfər etməməsini texniki məsələ ilə əlaqələndirdi. Guya nəsə olub, Popov Yerevandan Xankəndinə getmədən Bakıya uçub. Amma Bakıda isə Popov Dağlıq Qarabağın azərbaycanlı icmasının təmsilçiləri ilə görüşdü. Ən azı bu fakt sübut edir ki, İ.Popovun Dağlıq Qarabağa getməməsi texniki məsələ deyil, diplomatik məsələdir. Yəni, ortada texniki məsələ olsaydı Popov Bakıda Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşdən də imtina edə bilərdi.

Rusiyanın davranışındakı bu hərəkətlər Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini dəyişdiyinin əyani sübutudur. Bu neçənci dəfədir Rusiya mövqeyini belə dəyişir və müəyyən bir dövrdən sonra Rusiya yenidən əvvəlki vəziyyətinə qayıdır. Hər dəfə Rusiya mövqeyini Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətinə dəyişəndə Ermənistandan nəsə alır və yaxud Ermənistan Rusiya istiqamətində nəyisə itirir. Sonradan Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyi əvvəlki vəziyyətinə qayıdır. Amma Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində indiki dəyişikliyin mahiyyətində Ermənistandan nəsə almaq durmur. Rusiyanın mövqeyinin indiki dəyişikliyi bu ölkənin daxili vəziyyəti və yaxud özünün apardığı siyasətlə əlaqəlidir. Rusiya ərazi bütövlüyü prinsipini dəstəkləməyə məcburdur. Ən azı bu sahədə bir nümunə göstərməlidir. MDB məkanında olan münaqişələrdə Rusiya üçün Gürcüstan Moldova, Ukrayna ərazilərindəki münaqişələrə nisbətən ərazi bütövlüyünə ən asan dəstək nümayiş etdiriləsi münaqişə Dağlıq Qarabağ münaqişəsidir.

Rusiya MDB məkanında ərazi bütövlüyünü dəstəkləmədən Yaxın Şərqdə ərazi bütövlüyünü müdafiə etməsi nonsensdir. Sadəcə dünya siyasəti ikili standartdır deyə, Rusiyanın da belə hərəkətinə fikir verən yoxdur. Amma son dövrlərdə Yaxın Şərqdə vəziyyət Rusiyanın o qədər də xeyrinə deyil, Rusiyaya təzyiqlər artıb. O baxımdan Rusiyada başa düşürlər ki, gec-tez bu regionda həmin arqument istifadə olunacaq. Yəni, Rusiya MDB məkanında ərazi bütövlüyünü dəstəkləmir. Rusiyanın Suriyada və Yaxın Şərqdə ərazi bütövlüyü prinsipini dəstəkləməsi sadəcə sintetikadır, sünilikdir, başqa heç bir şey deyil.

Amma Rusiyanın bu mövqeyi istər-istəməz  maraq çəkir. Ermənilər Rusiyanın bu mövqeyini öz maraqlarına uyğun olmayan bir mövqe kimi qəbul edirlər. Azərbaycandan baxdıqda isə Rusiyanın son mövqeyi obyektivliyə, beynəlxalq hüquq normalarına doğru addım kimi başa düşülür. Rusiya Azərbaycan və digər MDB dövlətlərinin ən böyük qonşusudur. Rusiyanın beynəlxalq hüquq normalarına sabit yanaşması, riayət etməsi MDB dövlətlərinin hamısı və xüsusilə ərazi bütövlüyü pozulmuş Azərbaycan üçün daha vacibdir. O prizmadan Rusiyada bilsinlər ki, biz onun mövqeyindəki bu dəyişikliyi görürük. Arzumuz da budur ki, Rusiyanın bu mövqeyi axıra qədər belə qalsın.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
524

Son xəbərlər

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33
Bütün xəbərlər