Mübariz Əhmədoğlu: Ermənistan İrana mələk kimi görünməkdə davam edir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistan İrana mələk kimi görünməkdə davam edir

10:10 - 15 / 07 / 2019
Mübariz Əhmədoğlu: Ermənistan İrana mələk kimi görünməkdə davam edir

İran bilərəkdən və ya bilməyərəkdən Ermənistanı mələk kimi görür. Son günlər baş verən proseslər göstərdi ki, Ermənistan İrana qarşı istənilən təxribata getməyə hazırdır:

Ermənistanda elektrik qəzası baş verdi. Rəsmilər bunu İranla əlaqələndirmək istədilər. Amma heç kəs izah edə bilmədi ki, niyə İranla Ermənistan sərhədində olan 2-3 Su Elektrik Stansiyasında qəza baş vermədi, Yerevanda İstilik Elektrik Stansiyalarında qəza baş verdi. İranda Ermənistanın İran sərhədlərinə yaxın elektrik stansiyasında qəzanın baş verməməsi, məhz Yerevanda baş verməsi göstərir ki, qəzanın əsas mənbəyi Ermənistanın daxilindədir, qəza İranda da hiss olunub.

Ağıla gələn variantlardan biri də budur ki, kimsə Ermənistan ərazisi vasitəsilə İranda elektrik qəzası törətmək istəyirmiş.

İsrail-Ermənistan münasibətlərində  yeni dinamika var. N.Paşinyan İran səfərindən qayıtdıqdan sonra dərhal İsrailə Ermənistanın 2 rəsmi nümayəndə heyəti getdi.

İran bu günədək Ermənistanın İsraillə münasibətlərinə bir dəfə də olsun reaksiya verməyib. Amma Ermənistan-İsrail münasibətlərinin motivasiyasında İranın olması barədə hətta Ermənistanın Baş naziri və Xİ nazirinin səsləndirdiyi bəyanatlarda var.

İran indi Ermənistana barterlə qaz vermək istəyir. Əslində bu yenidən Ermənistanı xilas etmək anlamındadır. Qazın qiymətinin Rusiya tərəfindən qaldırıldığı bir vaxtda İranın Ermənistana barterlə qaz verməsi Rusiyanın İrana qarşı siyasətinə təsir edəcək. Rusiya İranın şimal ərazilərində, xüsusən qaz və elektriklə təchizatında mövqeyini möhkəmləndirəcək ki, İran Ermənistanla münasibətlərini kəssin. Bu artıq regional miqyaslı məsələdir.

İranın Ərəb dövlətlərinə qarşı əsas iradı işğalçı İsrailin başını sığallamasıdır. İsrail bəzi Ərəb dövlətlərinin qonşusudur. İran özü də işğalçı qonşusu ilə münasibətdə çox məsələləri nəzərə almalıdır.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

 

Paylaş:
706

Son xəbərlər

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34
Bütün xəbərlər