Mübariz Əhmədoğlu: Ermənistandakı seçkilərə beynəlxalq müşahidəçilərin rəyi hədsiz siyasiləşmiş mövqedir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistandakı seçkilərə beynəlxalq müşahidəçilərin rəyi hədsiz siyasiləşmiş mövqedir

10:19 - 14 / 12 / 2018
 Mübariz Əhmədoğlu: Ermənistandakı seçkilərə beynəlxalq müşahidəçilərin rəyi hədsiz siyasiləşmiş mövqedir

Parlament seçkilərinədək baş verən proseslər beynəlxalq təşkilatları xüsusilə monitorinq missiyası ilə məşğul olan beynəlxalq qurumları Ermənistanın üzərinə fokuslandırmışdı. Aİ-nin Ermənistandakı səfirliyi, AŞ-nin Venesiya Komissiyası Ermənistan Konstitusiyasının seçki üçün problem yaratdığını dəfələrlə bəyan etmişdilər. Problemli Seçki Məcəlləsi dəyişdirilə bilmədi. Belə konstitusiya və Seçki Məcəlləsi ilə Paşinyan komandası seçkiyə daxil oldu.

ATƏT/DTİHB-in müşahidə missiyası Ermənistanda növbədənkənar seçkilərin gedişi ilə bağlı aralıq hesabatını yaydı. Aralıq hesabat kifayət qədər obyektiv idi və obyektiv olduğu üçün də təbii ki, neqativ olmalı idi.

Səsverməyə bir gün qalmış Ermənistanda News. am saytının redaksiyasına hücum oldu. Mətbuata seçki dövründə belə təzyiqlər çox olmuşdu. Son anda hansısa qüvvənin təsiri altında ATƏT/DTİHB-in Ermənistanda növbədənkənar parlament seçkilərinə verdiyi rəy monitorinq missiyasının bütün dövründə  gəldiyi nəticə ilə deyil, məhz səsvermə günü qısamüddətli müşahidəçilərin nəticələri əsasında müəyyənləşdi.

ABŞ Dövlət Departamenti Gürcüstan və Ermənistandakı seçkilərin müqayisəli təhlili ilə bağlı məlumat yaydı. Məlumatda Ermənistan az qala demokratiya mayakı elan edildi. Bu məlumatdan Ermənistanda “seçkinin demokratikliyinin” müəllifinin ABŞ Dövlət Departamentinin olduğu bəllənir.

Kimsə Ermənistanla bağlı əvvəlki ənənəni davam etdirməkdə maraqlıdır. Ona görə ATƏT/DTİHB-in aralıq hesabatının obyektiv olmasına baxmayaraq onlar sonda ATƏT/DTİHB-i öz maraqlarına cavab verən siyasiləşmiş rəy yazmağa vadar etdilər.

Nikol Paşinyan komandası ABŞ-ı inandıra bildi ki, enerji islahatları onun istədiyi istiqamətdə gedəcək. Bunun üçün kifayət qədər artıq addımlar da atılıb, Rusiya uzaqlaşdırılır. ABŞ növbəti dəfə Ermənistana inandı.

Qərbin Ermənistana növbəti inanması indiki dövrdə Qərbin regional siyasətinin qurulmasına kifayət qədər ciddi maneçilik törədəcək.

Eləcə də bu Rusiyaya da aiddir.

Dağlıq Qarabağ münaqişəsi Ermənistan rəhbərliyini R. Köçəryanın prezidentliyi dövründən müftəxor edib. Faktiki Ermənistanda bütün hakimiyyət siyasi korrupsiya ilə məşğuldur; Dağlıq Qarabağ məsələsini Qərbə tərəf çevirməklə Qərbdən nəsə bir maliyyə və geosiyasi divident əldə etmək istəyir. Eləcə də Rusiyaya tərəf çevrilməklə Rusiyadan əldə etmək istəyir.

Yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra həqiqi Ermənistan üzə çıxa bilər.

Başqa halda Ermənistanın Qərbə və yaxud Rusiyaya vəd verməsi manipulyasiyadan başqa bir şey deyil. Hər halda indiki dövrdə Qərbin Ermənistanın yalanlarına inanması bizdə yalnız təəssüf doğurur. Çünki Merkelin regiona səfərindən sonra Cənubi Qafqazda regional inteqrasiya istiqamətində düzgün konsepsiyanın fəaliyyətə başlayacağına inam yaranmışdı. Amma ATƏT müşahidəçilərinə belə göstəriş verən Qərb mərkəzləri bu inamı öldürdü.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq 

 

Paylaş:
291

Son xəbərlər

Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07
Bütün xəbərlər