Mübariz Əhmədoğlu: Ermənistanın Dağlıq Qarabağ mövqeyinin iflası məhz Serj Sərkisyanın prezidentliyi dövründə başladı | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistanın Dağlıq Qarabağ mövqeyinin iflası məhz Serj Sərkisyanın prezidentliyi dövründə başladı

10:34 - 14 / 01 / 2019
Mübariz Əhmədoğlu: Ermənistanın Dağlıq Qarabağ mövqeyinin iflası məhz Serj Sərkisyanın prezidentliyi dövründə başladı

Hal-hazırda keçmiş hakim “Respublika” partiyası Nikol Paşinyanı Dağlıq Qarabağ məsələsində güzəştli mövqeyinə görə kəskin tənqid edir. Sadəcə siyasi mübarizə kimi yanaşmaq olar. Amma reallıqda Dağlıq Qarabağ məsələsinin təkcə siyasətlə əlaqəsi yoxdur.

Dağlıq Qarabağ məsələsi Ermənistanın tarixi xarakterindən doğan bir məsələ idi. Bütün qonşularına qarşı ərazi iddiası olan Ermənistanın nəhayət hansısa bir dövlətə qarşı belə bir addım atacağı heç kəsə sirr deyil. Gürcüstan olmadı, işğalçılıqlarını Azərbaycandan başladılar. Qaldı ki, Dağlıq Qarabağ tənzimlənməsinin müasir dövrdə baş verənlərə- yada salmaq lazımdır ki, 2008-ci ilin martın 1-də S.Sərkisyan hakimiyyətə gələn kimi may ayında Bi-Bi-Si radiosuna müsahibədə Azərbaycanı Dağlıq Qarabağla təmas qurmağa, investisiya qoymağa, Dağlıq Qarabağ ermənilərini özünə tərəf çəkməyə dəvət etdi. Məhz prezident S.Sərkisyan “Ağdam nə vaxtdan erməni torpağıdır” bəyanatının müəllifidir.

2016-cı il aprel hadisələrindən sonra isə S.Sərkisyan “Bloomberq”, “RİA-Novosti” və Əl-Cəzirə telekanalına verdiyi müsahibələrində də dəfələrlə bildirmişdi ki, nəinki 5 rayonu hətta 7 rayonu Azərbaycana qaytarmağa hazırdır. Sadəcə bu zaman S.Sərkisyanın bəhanəsi ilk olaraq Dağlıq Qarabağın statusunun müəyyənləşməsi üzərində idi. Bu sadəcə bəhanədir. Çünki Dağlıq Qarabağın statusunun müəyyənləşmə mexanizmi də təklif olunmuşdu; Dağlıq Qarabağın statusu Dağlıq Qarabağdan deportasiya olunmuş azərbaycanlılar ora qayıtmadan mümkün deyil. S.Sərkisyan bununla da razılaşmadı: S.Sərkisyan imitasiya yolunu seçdi. İmitasiya resursu yaratmaq isə ümumilikdə Ermənistanı və onun Dağlıq Qarabağ məsələsindəki mövqeyini zəiflətdi.

Ən nəhayət, istefasından cəmi iki ay bir həftə əvvəl, 2018 –ci ilin fevralında Münhen Təhlükəsizlik konfransında o zamankı prezident Serj Sərkisyan azərbaycanlı diplomatı arxayın salmağa çalışırdı ki, siz Dağlıq Qarabağa qayıdacaqsınız, amma Azərbaycan Respublikasının Prezidenti Yerevanın Azərbaycana məxsusluğu ilə bağlı bəyanatlarından əl çəksin.

N.Paşinyan baş nazir seçildikdən sonra verdiyi açıqlamalardan bəlli oldu ki, ortalıqda olan variantların heç birisində Dağlıq Qarabağın statusunun müəyyən olunması məsələsi yoxdur. Dağlıq Qarabağa müstəqillik verilməsi məsələsi yoxdur. Ortalıqda olan variantda N.Paşinyan özü demiş, bəlli ərazilərin Azərbaycana qaytarılması məsələsi var. Yeri gəlmişkən N.Paşinyan elə bunu Armen Aşotyana cavab kimi bildirmişdi.

Beləliklə hal-hazırda stolun üstündə olan variantda Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qayıtması, azərbaycanlı məcburi köçkünlərin ilkin yaşayış məskənlərinə qayıtması və Ermənistan-Azərbaycan arasında əlaqələrin, o cümlədən iqtisadi əlaqələrin bərpa olunmasının başlanmasına bənzər modeldir.

A.Aşotyanın özünə gəldikdə isə o, parlamentdə Avropa İttifaqı ilə əlaqələr komissiyasına sədrlik edərkən 2 dəfə Avropa İttifaqı ilə Ermənistan arasında imzalanan sənəddə aydın şəkildə göstərilib ki, Dağlıq Qarabağ münaqişəsi 2009-cu ildən üzü bəri həmsədr ölkə prezidentlərinin verdiyi bəyanatlar əsasında tənzimlənməlidir. Bu Yenilənmiş Madrid Prinsipləridir. Bu sənəddə birinci maddə Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasıdır. Avropa İttifaqı-Ermənistan birgə komissiyasının bu sənədinin altında Armen Aşotyanın imzası var. Əgər A.Aşotyan özü belə sənədə qol çəkibsə, sonradan bunu mətbuatda 2009-cu ili 2008-ci illə əvəzləmək və N. Paşinyanın üstünə hay-küy salmaq siyasi əclaflıqdan başqa bir şey deyil.

Paşinyan və onun ətrafı Dağlıq Qarabağ məsələsini bilmir. Bu özünü həm Azərbaycanla, həm ATƏT-in Minsk Qrupu, həm də keçmiş hakimiyyət təmsilçiləri ilə münasibətdə göstərir.

Armen Aşotyanın belə ikiüzlülüyü isə yalnız Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyinə xələl gətirə bilər. Əminliklə demək olar ki, dünya erməniliyinin ortalığa qoyduğu Dağlıq Qarabağ məsələsini Azərbaycan tamamilə iflasa uğradacaqdır.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
436

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər