Mübariz Əhmədoğlu: Mer seçkiləri parlament seçkilərinin sürətləndirilməsini Paşinyan üçün zərurətə çevirdi | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Mer seçkiləri parlament seçkilərinin sürətləndirilməsini Paşinyan üçün zərurətə çevirdi

10:32 - 26 / 09 / 2018
Mübariz Əhmədoğlu: Mer seçkiləri parlament seçkilərinin sürətləndirilməsini Paşinyan üçün zərurətə çevirdi

Nikol Paşinyan hakimiyyətinin ilk testi Yerevan şəhər Ağsaqqallar Şurasına seçkilər oldu, bu seçkilər həm də meri seçməli idi. Baş nazir Paşinyanın dəstəklədiyi komik aktyor A.Marutyan 81,06 faiz səslə qalib gəldi.

Bu, 294 min109 seçicinin səsi deməkdir. Yerevan şəhərində seçici siyahılarına 848 min 343 nəfərin adı daxil edilmişdi. Hesablasaq N.Paşinyanın namizədi olan A.Marutyanın 34, 67 faiz səsin qazandığını görərik. 

Yerevanda seçicilərin ümumi sayının 848 min 343 nəfər olması şübhə doğurur. Yerevanda cəmi 1 milyon hüdudlarında əhali yaşayır. Xarici vətəndaşların səsvermədə iştirakına icazə verilsə də bu barədə xüsusi iri rəqəmlərə rast gəlmədik. A.Marutyanın təbliğat kampaniyasını şəxsən N.Paşinyan özü aparırdı. Hətta A.Marutyanın xatirinə N.Paşinyan Dağlıq Qarabağa qoşunların təmas xəttinə gəldi, Kəlbəcərdən Gəncəyə binokl tuşladı. Yerevana qayıdarkən yolda ölkəsinin müharibəyə hazır olduğunu bəyan etdi. A.Marutyanın təbliğat mitinqində N.Paşinyan bu vaxtadək erməni tərəfinin 3-4 Azərbaycan hərbçisini öldürdüyü barədə məlumat verdi.

Başqa sözlə, N.Paşinyan A.Marutyanın seçilməsi üçün var qüvvəsi ilə çalışdı. Nəinki çalışdı, hətta xalqın adından parlamenti buraxacağı ilə digər siyasi qüvvələri hədələdi. Bütün bunların hamısının nəticəsi 34,67 faiz oldu. 4 ay bundan öncə N.Paşinyanın reytinqi 100 faiz idi. 2,5 ay bundan öncə 94 faizə düşdü. 1 ay bundan öncə 40 %-ə endi. Təbliğat kampaniyası dövründə A.Marutyanın reytinqi 22 faizə düşdü. A.Marutyanın reytinqi elə N.Paşinyanın reytinqi deməkdir. N.Paşinyanın hədələri və polisin müdaxiləsi əhalini qorxutdu. Seçkidə iştirak edənlərin ümumi sayı azaldı, təxminən 44 faiz oldu. Bu da A.Marutyanın (Oxu: N.Paşinyanın) reytinqini 34,67 faizə qaldırdı.

Yerevan şəhər merliyinə seçkilər daha bir problemin üstünü aşkarladı. Polisə edilən anonim zənglər seçkinin gedişini dəyişə bilər. Məhz belə anonim zənglər nəticəsində polis “Çiçəklənən Ermənistan” partiyasının qərargahında 2 dəfə yoxlama apardı. Yerevan şəhər merliyinə seçkilər siyasi prizmadan daha maraqlıdır:

ı. N.Paşinyanın reytinqi sürətlə aşağı düşür.

ıı. Seçicilərin iştirakının sayının az olması görünür N.Paşinyanın son variantı idi. ABŞ-a gedərkən yolüstü Paris aeroportundan FB vasitəsilə canlı efirə çıxdı, iştirakçıların sayının azlığından qorxmamağı tövsiyə etdi. Onun fikrincə, bu seçkilərdə “qazellərlə” seçicilər daşınmır. Əslində bu N.Paşinyanın etirafı olmaqla yanaşı, həm də acizliyi idi. Onun sözü ilə Yerevan şəhərinin böyük əksəriyyəti evindən ən uzağı 500-600 m məsafəyə gedib, səsvermədə iştirak etmədi.

ııı. N.Paşinyan parlament seçkilərinə getməyin vaxtını irəli çəkməyə məcburdur. Çünki reytinqi sürətlə aşağı düşür. 22 faizin 34,67 faizə qalxmasının səbəbi həm də R.Köçəryana nifrət faktoru ola bilər. Yaxın zamanlarda A.Marutyanın da səhvləri N.Paşinyanın səhvlərinin sayını daha da artıracaq. Eləcə də “Sasna srerçilər” müstəqil qüvvə kimi formalaşacaqlar. “Sasna srerçilər” S.Sərkisyan, R.Köçəryana müxalif olmaqla yanaşı həm də  N.Paşinyana müxalifdir. N.Paşinyan mer seçkilərinin təbliğat kampaniyası dövründə parlamentin buraxılmasını aktuallaşdırmışdı. O zaman bu hədə idisə, indi artıq N.Paşinyan üçün zərurətə çevrilir. N.Paşinyanın atdığı addımlar əks-effekt verir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq 

Paylaş:
350

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər