Mübariz Əhmədoğlu: Nikol Paşinyanın Serj Sarkisyanın şagirdi olduğu bəlləndi | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Nikol Paşinyanın Serj Sarkisyanın şagirdi olduğu bəlləndi

10:11 - 17 / 05 / 2019
Mübariz Əhmədoğlu: Nikol Paşinyanın Serj Sarkisyanın şagirdi olduğu bəlləndi

Şuşanın işğalının növbəti ildönümündə Serj Sarkisyan və  Nikol Paşinyan eyni vaxtda Dağlıq Qarabağda oldular. Yerevanda onların arasında mütəmadi əlaqələri istisna etmirik.

N.Paşinyanın əlində olan ATƏT-in Minsk Qrupunun tərtib etdiyi tənzimlənmə variantı ermənilərin maraqlarının tam əksinə olan bir variantdır. N.Paşinyanın yalnız ümummilli məsələlərə görə ortada olan tənzimlənmə variantını açıqlamadığını bildirdi.

Ermənistanın Dağlıq Qarabağ məsələsində iflasa uğraması və Ermənistanın iflasa uğramasının məsuliyyətinin N.Paşinyanın boynuna düşməməsi üçün N.Paşinyan eks-prezident S.Sarkisyanla əməkdaşlıq edir. Onun Dağlıq Qarabağda S.Sarkisyanla bir yerdə olduqdan sonra verdiyi bəyanatlarda ən azı 2 məsələ kifayət qədər diqqəti çəkir. Bunlardan biri “Dağlıq Qarabağ xalqı” terminini istifadə etməsidir. Digəri isə danışıqların yeni dövriyyəsinin başlanmasıdır. Hər iki məsələ vaxtı uzatmağa yönəlib.

S.Sarkisyan N.Paşinyanı başa salıb ki, yalnız “möcüzə” Ermənistanı xilas edə bilər. “Möcüzəni gözləmək” üçün isə müəyyən vaxt lazımdır. Amma bu vaxtın  çərçivəsi bəlli deyil. N.Paşinyan eynilə S.Sarkisyanın getdiyi yolu təkrarlamaq məcburiyyətindədir.

Yeni danışıqlar dövriyyəsinə heç kəs Paşinyana imkan verməyəcək. N.Paşinyan yeni olduğu üçün beynəlxalq aləm ona müəyyən vaxt limiti ayırıb. N.Paşinyan beynəlxalq ictimaiyyətin ona ayırdığı vaxt limitindən uğurla istifadə etməyə çalışmalıdır. S.Sarkisyanın dediyi vaxt N.Paşinyanın özünü də, rəhbərlik etdiyi Ermənistanı da iflasa aparır. İkincisi, “Dağlıq Qarabağ” adlı xalq yoxdur, S.Sarkisyan bunu sübut edə bilmədi.

Paşiyan Sarkisyan deyil. Həm zaman tam fərqlidir.Ermənistan əvvəlki Ermənistan deyil. S.Sarkisyan N.Paşinyanın iflasına ancaq sevinəcək.

 “Dağlıq Qarabağ xalqı”,  ““Artsax” (Dağlıq Qarabağ) xalqı”, “Dağlıq Qarabağ erməniləri” etnonimləri  mövcud deyil.  Paşinyanın əlində olan sənədlərdə “Dağlıq Qarabağ əhalisi” termini istifadə olunur, Dağlıq Qarabağın taleyini də yalnız Dağlıq Qarabağın əhalisi müəyyən edəcəkdir. Ona görə N.Paşinyan indi Dağlıq Qarabağ ermənilərinin ayrıca bir xalq olduğunu sübut etmək üçün yalnız Don Kixotluqla məşğul olmalıdır.

Dağlıq Qarabağ ermənilərinin Ermənistan ermənilərindən fərqli millət olduğu özü kifayət qədər riskli anlayışdır. Bu ifadəni Qarabağ klanın təmsilçiləri işlədə bilərlər, amma Yerevan təmsilçisinin işlətməsi gələcəkdə çox ciddi nəticələrə gətirib çıxara bilər. Məhz Paşinyana diasporla Ermənistan, eləcə də Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında  nifaq salmaqda əlavə ittihamlar irəli sürülə bilər.

Dağlıq Qarabağ problemini həll etməzsə, Paşinyan və Ermənistan məhv olacaq.

Dağlıq Qarabağ probleminin yaxında həlli Ermənistanı xilas edəcək. Amma Paşinyan üçün risk yaradacaq. Paşinyan bu riski minimallaşdıra bilər.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
422

Son xəbərlər

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32
Bütün xəbərlər