Mübariz Əhmədoğlu: Paşinyan ölkəsini Gürcüstanın təsiri altına salmaq kursunu götürdü | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyan ölkəsini Gürcüstanın təsiri altına salmaq kursunu götürdü

10:50 - 21 / 01 / 2019
Mübariz Əhmədoğlu: Paşinyan ölkəsini Gürcüstanın təsiri altına salmaq kursunu götürdü

N.Paşinyan Ermənistan konstitusiyasına uyğun Baş nazir seçildikdən sonra ilk səfərini Gürcüstana etdi. Gürcüstanın baş naziri ilə Ermənistan-Gürcüstan dövlət sərhədinə yaxın ərazidə yerləşən Bolnisi kəndində keçirilən görüşdə iki ölkə arasındakı münasibətlər, xüsusi ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olundu.

Paşinyan Baxtadzedən iki ölkə biznesmenlərinin iştirakı ilə biznes forumun may ayında Dilicanda (Ermənistan) keçirilməsi razılığını aldı. Bundan artıq bir şey əldə edə bilmədi. Görüşlə bağlı məlumatı hazırlayan jurnalist erməni xislətini ortalığa qoydu. Bolnisinin adını “Bolnisi xaçen” kimi təqdim etdi. Bolnisi Gürcüstanda azərbaycanlılar yaşayan kənddir, sadəcə bir hissəsində ermənilər yaşayır. Paşinyanın Gürcüstana ilk səfərini etməsinə baxmayaraq erməni ictimaiyyəti hələ də Gürcüstanla münasibətlər qurmağa hazır deyil.

Paşinyanın ilk səfərini Gürcüstana etməsi siyasi seçimdir. Çünki Paşinyanın əlində alternativ variantlar var idi: İranın bir neçə dəvəti hələ Ermənistan tərəfindən cavabsız qalıb; Avropa ölkələrinin birinə gedərdi; İstənilən adla Paşinyan Rusiyaya səfər edə bilərdi; Amma Gürcüstanı seçdi.

Bu seçim həm də Ermənistanın İrana mesajıdır. Paşinyan ABŞ-ın İran siyasətini nəzərə alır, ona görə İranla münasibətləri ritorikadan qırağa çıxa bilməyəcək. Paşinyanın Rusiyaya getməməsinin səbəbi əks-effekt yaratmaqla bağlıdır. Paşinyan hər dəfə Rusiyaya getdikcə Rusiya-Ermənistan münasibətlərində əlavə problemlər yaranır.

Aİ ölkələrinə səfər üçün müəyyən qədər vaxt lazımdır. ABŞ Paşinyanı qəbul etmir. Bu kontekstdə onun Gürcüstana ümid etməsi çarəsizlikdən başqa bir şey deyil.

Gürcüstan iqtisadiyyatının  bütün sahələrində Azərbaycan vacib parametrlər üzrə birinci yerdədir. İkinci yerdə isə Türkiyədir və birinci iki yerdə olan dövlətlə Gürcüstanda iqtisadi iştirakı olan digər dövlətlər arasında hədsiz çox böyük fərq var. Ona görə Gürcüstanın indiki rəhbərliyinin Ermənistana görə özünü daha da yoxsul vəziyyətə salacağını düşünmək ağılsızlıqdan başqa bir şey deyil.

Tbilisi Ermənistanla yalnız Azərbaycanla münasibətlərinə ziyan vurmamaq şərti ilə əməkdaşlıq edə bilər. Gürcüstan Azərbaycanı inandırmalıdır ki, Ermənistan tamamilə Gürcüstanın tabeliyindədir, heç bir destruktiv siyasət apara bilməyəcək və yaxın vaxtlarda da Dağlıq Qarabağ problemini həll edəcək. Ermənistanın Dağlıq Qarabağ problemini həll edəcəyinə Gürcüstan təzyiq rıçaqlarları yaradacaq. Bu halda Azərbaycan inana və Gürcüstan- Ermənistan münasibətləri inkişaf edə bilər. Əgər Gürcüstan Dağlıq Qarabağ tənzimlənməsində qarant rolunu yerinə yetirə bilməyəcəksə o zaman Azərbaycan Gürcüstanla münasibətlərin həcminə yenidən baxa bilər. Gürcüstanın iqtisadiyyatının indiki geriləməsində Azərbaycan faktorunu unutmaq lazım deyil.

Gürcüstanın rəhbərliyi Azərbaycanla əlaqəli siyasətində dəyişiklik edən kimi Azərbaycan Gürcüstandan daxil olan bəzi məhsullara məhdudiyyət qoydu və bu məhdudiyyət özünü Gürcüstan iqtisadiyyatında göstərdi. İndi Gürcüstan məhsullarının Azərbaycana idxalında heç bir məhdudiyyəti yoxdur. Amma bu məhdudiyyət istənilən vaxt bərpa oluna bilər. N.Paşinyan bunu bilmirsə, savadsızdır və yaxud bilib edirsə, deməli Ermənistanın Gürcüstanın tabeçiliyində olması ideyası ilə razılaşıb.

Bəlkə də bu ağıllı variantdır: Rusiyanın, İranın  tərkibinə daxil olmaqdansa Ermənistanın Gürcüstanın vassallığına düşməsi daha məntiqə uyğundur.

1news.az

Paylaş:
534

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər