Mübariz Əhmədoğlu: Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsinə yanaşması əvvəlki liderlərdən fərqlənir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsinə yanaşması əvvəlki liderlərdən fərqlənir

10:06 - 15 / 02 / 2019
Mübariz Əhmədoğlu: Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsinə yanaşması əvvəlki liderlərdən fərqlənir

Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevlə görüşür, amma saat yarım ərzində ancaq heç nə müzakirə etmədiklərini bildirir. Və yaxud Azərbaycan və Ermənistanın Xİ nazirləri artıq dördüncü dəfədir görüşüblər.

Ən az müddətli görüş 3 saat davam edib. Qalan bütün görüşlər 4 saat davam edib. N.Paşinyanın fikrincə, Azərbaycan və Ermənistanın Xİ nazirləri qeyri-ciddi adamlardır. Üst-üstə 15 saat bir-birinin dünyagörüşünü və Dağlıq Qarabağ məsələlərinə yanaşmalarını öyrənməklə məşğuldurlar.

Paşinyan Aİ-nin Cənubi Qafqazdakı münaqişələr üzrə nümayəndəsi T.Klaarla görüşdə Dağlıq Qarabağın vətəndaş cəmiyyətinin etimadın möhkəmləndirilməsi tədbirlərinə cəlb olunmasını vacib adlandırdı və bunun danışıqlar prosesində konstruktiv mühitin yaranmasına şərait yaradacağını bildirdi.  Paşinyan Dağlıq Qarabağ ermənilərinin Dağlıq Qarabağın azərbaycanlıları ilə  görüşünü mümkün hesab edir. T.Klaar Dağlıq Qarabağ tənzimlənməsində cari vəziyyəti  bilir. Paşinyan da bilir ki, erməni ictimaiyyətinin qarşısında danışılan fikirlər ciddi rəsmilərlə danışılan fikirdən fərqlənir.

Paşinyan çox böyük ehtimalla Dağlıq Qarabağ tənzimlənməsi isiqamətində çalışır və bunu elə manera ilə etmək istəyir ki, Ermənistan cəmiyyəti tənzimlənmənin zəruriliyini başa düşsün. Nəticədə destruktiv millətçi qüvvələrin müqavimətini minimallaşdırır. Belə davranış modeli Paşinyanda alınır.

Ermənistanın taleyində ən həlledici aktorlardan biri diaspor olub. Diasporun təmsilçiləri Ermənistanda müflisləşdirilsələr də, həbs olunsalar, qovulsalar da amma yenə diasporun bir əli Ermənistanın üzərində olub. N.Paşinyanın “məxməri inqilab”ının da maliyyə və siyasi dəstəyi diaspordan gəldi. Bunlara baxmayaraq N.Paşinyan Diaspor Nazirliyini ləğv etdi.

Diaspor təmsilçilərinin Ermənistanın idarəçiliyinə cəlbi, diaspor ermənilərinin iştirakı ilə ikipalatalı parlamentin təşkili Ermənistanda həmişə aktual müzakirə mövzusu olub. Bu isə Rusiyanı ciddi narahat edirdi. Çünki diasporun iştirakı ilə seçilən parlament, eləcə də diaspor təmsilçilərinin iştirakı ilə qurulan hökumət istənilən anda Ermənistanı Rusiyadan uzaqlaşdırmaqla bağlı qərar qəbul edə bilərdi və bu qərar da reallaşacaqdır.

Rusiya faktoruna görə Paşinyan Diaspor Nazirliyini ləğv etdi. Bununla da və diaspor ilə Ermənistanın arasındakı əlaqələri minimala endirdi. Ermənistan cəmiyyətinə  bunun özünəməxsus izahını verdi və cəmiyyət bunu qəbul etdi.

Dağlıq Qarabağ tənzimlənməsində Paşinyanın mövqeyinə də bu kontekstdən yanaşmaq olar:  Paşinyan Dağlıq Qarabağ probleminin həllinə başlayacaq, bunun  özünəməxsus izahını verəcək və Ermənistan cəmiyyətində heç kəs ona etiraz edə bilməyəcək.

Dağlıq Qarabağın statusunun müəyyən olunması  Dağlıq Qarabağ ermənilərinin və Dağlıq Qarabağ azərbaycanlılarının birgə əməkdaşlığından keçir. Bunun başqa variantı yoxdur.

Paşinyanın demokratiyası  dəyərə malik olsaydı, ona Qərb dünyası pul ayırardı, Qərb dövlətləri Paşinyanı öz ölkələrinə dəvət edərdilər. Paşinyanın demokratiyası yalnız Dağlıq Qarabağ problemi həll olunduqdan sonra dəyərə malik olacaq. Paşinyan bunu bilir. Ona görə də Dağlıq Qarabağ tənzimlənməsində ən əsas məsələdən-Dağlıq Qarabağ erməniləri və azərbaycanlılarının Dağlıq Qarabağda birgə yaşayışının qurulmasından başlayıb. Bu isə işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılmasını  diktə edir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
581

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər