Mübariz Əhmədoğlu: Paşinyanla danışıqlarda Azərbaycanı baş nazir təmsil etməlidir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyanla danışıqlarda Azərbaycanı baş nazir təmsil etməlidir

11:34 - 11 / 07 / 2018
Mübariz Əhmədoğlu: Paşinyanla danışıqlarda Azərbaycanı baş nazir təmsil etməlidir

Xəbər verdiyimiz kimi, bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla  ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanın görüşü olacaq.

1news.az-ın məlumatına görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə ediləcək.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

XİN rəhbərlərinin görüşünə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, Nikol Paşinyan hökuməti cılız bir hökumət olduğundan danışıqlarda  bütün Ermənistanı təmsil edə bilməz:

“Əgər Ermənistan danışıqları davam etdirmək istəyirsə bunun üçün variantlar var. Nikol Paşinyan hökuməti cılız bir hökumətdir. Buna görə də danışıqlarda  bütün Ermənistanı təmsil edə bilməz. Onların siyasəti Ermənistanda geriləmə yaradır. Korrupsiya ilə mübarizə adı ilə mağazalarda, ticarət obyektlərində yoxlamalar keçirirlər, sabah isə zəruri tələbat mallarının qiyməti qalxır. Eyni zamanda korrupsiya ilə mübarizə tədbirləri şou xarakterlidir. Yəni, Nikol Paşinyan hökuməti anlayır ki, Ermənistandakı vəziyyətin tam sahibi deyillər. Bu baxımdan ola bilər ki, Nikol Paşinyan Ermənistan adından danışıqlar aparmağa hazır deyil. Digər tərəfdən ola bilsin ki, o, Ermənistanın qarşısında Dağlıq Qarabağ problemindən də həlli vacib olan problemlərin olduğunu düşünür”.

Ermənistanda məxməri inqilabdan bir az qabaq Konstitusiyada dəyişiklik edildiyini xatırladan politoloq nəticədə çox paradoksal bir vəziyyətin yarandığını bildirib:

“Ermənistan konstitusiyasına görə, Ermənistan dövlətinin başçısı prezidentdir. Amma ölkənin icra hakimiyyətinin başçısı baş nazirdir. Baş nazir həm də ölkənin xarici siyasətini müəyyənləşdirir. Azərbaycan Konstitusiyasına görə isə ölkə prezidenti həm dövlətin, həm də icra aparatının rəhbəridir.

Göründüyü kimi, Azərbaycanla Ermənistan rəhbərlərinin səlahiyyətlər arasında disbalans yaranıb. Buna görə də hesab edirəm ki, XİN rəhbərləri arasında görüşdə ilk olaraq danışıqlarda Ermənistanı kimin təmsil etməsi müzakirə olunmalıdır. Əgər baş nazir təmsil edəcəksə danışıqlarda Azərbaycan tərəfini də baş nazir təmsil etməlidir. Azərbaycan Konstitusiyasına görə, bizim baş nazirin səlahiyyətləri Ermənistanın baş nazirinin səlahiyyətlərindən azdır. Ancaq Prezident İlham Əliyev sərəncam imzalamaqla baş nazir Novruz Məmmədovun səlahiyyətlərini təkmilləşdirə bilər”.

M.Əhmədoğlunun sözlərinə görə, XİN rəhbərlərinin görüşündən əsas gözləntiləri ondan ibarətdir ki, ermənilər danışıqlara hazırdılar, ya yox:

“Əgər hazırdılarsa format statusu ilə bağlı problemlərin həllinə gedəcəklər. Danışıqları səmimi qəlbdən istəyirlərsə və format məsələsini müəyyən etmək onlar üçün çətindirsə, o zaman bunun çox açıq bir yolu var. Nikol Paşinyan deyir ki, Dağlıq Qarabağ danışıqlara qoşulsun. Qoy qoşulsun. Dağlıq Qarabağ erməniləri və Dağlıq Qarabağ azərbaycanlıları icmaları oturub danışıqlar aparsınlar. Ermənistan rəhbərliyi danışıqlara hazır olandan sonra Azərbaycan rəhbərliyinə müraciət edə bilər. Azərbaycan və Ermənistan rəhbərliyi, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları danışıqlarda iştirak edərək dördtərəfli format yarada bilərlər. Yəni, XİN rəhbərlərinin görüşü ilə bağlı ən çox maraq doğuran məqam budur ki, Ermənistan danışıqlara hazırdır, ya yox”.

Babək Cahandarov

Paylaş:
527

Son xəbərlər

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50
Bütün xəbərlər