Mübariz Əhmədoğlu: “Statik müdafiədən aktiv cilovlamaya” konsepsiyası aprel döyüşlərinin əsasını qoydu | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: “Statik müdafiədən aktiv cilovlamaya” konsepsiyası aprel döyüşlərinin əsasını qoydu

10:50 - 20 / 06 / 2019
Mübariz Əhmədoğlu: “Statik müdafiədən aktiv cilovlamaya” konsepsiyası aprel döyüşlərinin əsasını qoydu

2015-ci ildən başlayaraq Ermənistanın o zamankı Müdafiə nazirinin müavini indiki Müdafiə naziri David Tonoyan Ermənistanın vəziyyətinin getdikcə pisləşdiyini, o cümlədən demoqrafik və iqtisadi baxımından Ermənistanda uğur əldə etməyin çətinliyini başa düşdü və az imkanla daha böyük effekt yaratmaq niyyətində oldu.

Bununla da əlaqədar “Statik müdafiədən aktiv cilovlamaya” konsepsiyasını ortalığa qoydu. Bu konsepsiyanın mahiyyətinə görə sayca az, zəif  Ermənistan ordusu  güclü Azərbaycan ordusuna qarşı mübarizə aparmaq bacarığına malik olmalıdır. Qoşunların təmas xəttində, dövlət sərhədində erməni əsgərinin hər bir ölümü Ermənistan cəmiyyətində ruh düşkünlüyü yaradır. Bunun qarşısını almaq üçün Ermənistan kiçik, amma mobil qüvvələrlə vaxtaşırı hücuma keçib Azərbaycan ordusunu itkiyə məruz qoymalıdır. Bununla da Ermənistan cəmiyyətində hərbi əhval-ruhiyyə yüksək olaraq qalacaqdır.

Tonoyan bu konsepsiyanı hazırladı, Vyanada ATƏT-in ofisində, sonradan Brüsseldə NATO-nun iqamətgahında rəsmilərin iştirakı ilə bu konsepsiyanın geniş müzakirəsi oldu. Ən böyük müzakirə isə 2016-cı ilin fevralında Ermənistanda ziyalıların geniş iştirakı ilə təşkil olundu. Hamı, o cümlədən ATƏT və NATO da daxil olmaqla bütün ermənipərəst qüvvələr bu konsepsiyanı alqışladılar. Nəticədə 2016-cı ilin aprel ayı ərəfəsində Ermənistan ordusu bu konsepsiyaya uyğun əməliyyat keçirdi. Azərbaycan ordusu erməni ordusunun təxribatına layiqincə cavab verdi və nəticəsi də bəllidir. İndi də aprel döyüşləri ilə bağlı bəzi məsələləri Ermənistan tərəfi məxfi elan edib. Aprel döyüşlərindən sonra da NATO, ATƏT-də və Avropa İttifaqında olan havadarları aprel döyüşlərinin nəticələrinə xüsusi yer ayırdılar. Ermənistanın məğlubiyyətini kiçik, Azərbaycanın itkilərinin sayını artıq göstərmək məqsədilə xeyli qrant vəsaiti xərcləndi.

 “Statik müdafiədən aktiv cilovlamaya” konsepsiyasına bənzər tezislər yenidən D.Tonoyanın dilindən səslənir. ABŞ-da “yeni ərazilər uğrunda yeni müharibələr” tezisi də bu kateqoriyaya aiddir. Çox təəssüf ki, 2016-cı ildə “Statik müdafiədən aktiv cilovlamaya” konsepsiyasına Ermənistan rəhbərliyi etiraz etmədiyi kimi indi də N.Paşinyan “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasına dəstək verdi. Ermənistanın prezidenti S.Sərkisyanın sonu məhz 2016-cı ilin aprel döyüşlərindəki məğlubiyyətindən başladı. İndi hər hansı bir əməliyyat N.Paşinyanın sonunun bünövrəsini qoyacaqdır. Görünür, Ermənistanın Müdafiə naziri D.Tonoyanın indiki hərəkətlərində əsas məqsədi məhz budur.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
566

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər