Müdafiə naziri silahlanmasına yeni daxil edilən döyüş texnikalarına baxış keçirib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə naziri silahlanmasına yeni daxil edilən döyüş texnikalarına baxış keçirib – FOTO – VİDEO

17:53 - 20 / 03 / 2018
Müdafiə naziri silahlanmasına yeni daxil edilən döyüş texnikalarına baxış keçirib – FOTO – VİDEO

Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı münasibətilə keçirilən “Açıq qapı” günündə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

1news.az-ın məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov əsgər valideynləri, müharibə və əmək veteranları, şəhid ailələri və ictimaiyyət nümayəndələri ilə görüşərək Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən Orduda həyata keçirilən islahatlar, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər, digər fəaliyyətlər barədə onlara məlumat verib, qonaqları maraqlandıran suallarla bağlı fikirlərini bölüşüb.

Müdafiə naziri ziyarətçilərə və şəxsi heyətə Novruz bayramı münasibətilə Ali Baş Komandanın təbriklərini çatdırıb və onlara uğurlar diləyib.    

Sonra əsgər valideynləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə hərbi hissənin ərazisində çörək zavodu, çamaşırxana və atış məşqlərinin keçirilməsi üçün “Atəş şəhərciyi”nin açılışı olub.    

Müdafiə naziri cəbhəboyu zonada yerləşən hərbi hissələrin silahlanmasına yeni daxil edilən döyüş texnikalarına baxış keçirib, onların texniki vəziyyəti və imkanları ilə maraqlanıb.

Daha sonra müdafiə naziri hərbi qulluqçular və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar edib.

Hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə iştirak edən valideynlər şəxsi heyət üçün yaradılan şəraitdən məmnun qaldıqlarını bildirib, Dövlət Başçısına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

1news.az

Paylaş:
614

Son xəbərlər

FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29
Bütün xəbərlər