Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib

20:11 - 15 / 12 / 2017
Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib

Müdafiə Nazirliyi "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin Milli Məclisdə növbəti oxunuşu zamanı orduya parlament və ya qeyri-hökumət təşkilatlarının nəzarət etməsi, eləcə də media nümayəndələrinin ordu haqqında yazılarına qadağa qoyulması ilə bağlı fikirlərə münasibət bildirib.

Nazirlikdən 1news.az-a bildirilib ki, il ərzində Milli Məclisin deputatları, rayon icra hakimiyyətləri, dövlət, yerli və xarici qeyri-hökumət təşkilatları və ictimai qurumlarla birlikdə hərbi hissələrdə müxtəlif səpkili 67 tədbir və layihə icra olunub.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə müxtəlif qurumlarla birgə ölkənin rayon və şəhərlərində 40-dan artıq hərbi-vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbir keçirilib.

Müdafiə Nazirliyi ilə Azərbaycanın insan hüquqlar üzrə müvəkkili (ombudsman) Aparatı, Hərbi Prokurorluq, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi arasında imzalanmış iş planına uyğun olaraq hərbi hissələrə 15 dəfə səfər təşkil olunaraq şəxsi heyətlə görüşlər keçirilib.

Bundan əlavə, 2017-ci ildə Hesablama Palatası tərəfindən Müdafiə Nazirliyinin müxtəlif fəaliyyət sahələri üzrə təfərrüatlı yoxlanılma da həyata keçirilib.

Cari ilin 11 ayı ərzində ictimailəşdirilməsi məqsədilə Müdafiə Nazirliyi tərəfindən 1152 məlumat, 763 foto, 119 video material hazırlanaraq kütləvi informasiya vasitələrinə (KİV) ötürülüb, jurnalistlərin 124 sualı cavablandırılıb. Çəkilişlər aparılmasına 67 icazə məktubu verilib, keçirilən tədbirlərin işıqlandırılması üçün televiziya kanalları və aparıcı informasiya agentlikləri 70 dəfə tədbirlərə dəvət olunub.

Artıq üçüncü ildir ki, cəbhəboyu zonada yerləşən hərbi hissələrdə Müdafiə Nazirliyi ilə “Dinc Dünya” araşdırma mərkəzinin “Savaş jurnalistikası təlimləri” adlı birgə layihəsi keçirilir ki, buraya da yüzlərlə media nümayəndəsi cəlb olunur.

Nazirlər Kabinetinin 14 avqust 2015-ci il qərarının icrası ilə əlaqədar 50-dən çox yerli və xarici media nümayəndəsi Müdafiə Nazirliyində akkreditə olunub.

Müdafiə nazirinin təşəbbüsü ilə il ərzində bütün hərbi hissələrdə 3 dəfə ənənəvi “Açıq qapı günü” keçirilib. Bu ayın sonlarında növbəti “Açıq qapı günü”nün keçirilməsi planlaşdırılır.

1news.az

Paylaş:
552

Son xəbərlər

Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMANBu gün, 14:02Prezident Dövlət Reklam Agentliyinə yeni sədr təyin etdiBu gün, 13:56Aydın İbadov Dövlət Reklam Agentliyinin sədri vəzifəsindən azad edilibBu gün, 13:55İlham Əliyev: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti varBu gün, 13:5339 nəfər buraxılış imtahanında 300 bal toplayıbBu gün, 13:39Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub, çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 13:36Buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 13:19Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:5327 dərəcəyədək isti olacaq - Sabahın havasıBu gün, 12:45
Bütün xəbərlər