Müşerref Akay azərbaycanlı sənət dostları ilə Gəncədə konsert verəcək – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Müşerref Akay azərbaycanlı sənət dostları ilə Gəncədə konsert verəcək – FOTO

11:00 - 30 / 11 / 2018
Müşerref Akay azərbaycanlı sənət dostları ilə Gəncədə konsert verəcək – FOTO

Noyabrın 30-da Gəncə Dövlət Filarmoniyasında ədəbi-bədii musiqili gecə keçiriləcək.

Tədbir Azad Azərbaycan Teleradio Şirkəti və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşır. Konsert proqramı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində həyata keçirilir.

Tədbrin ideya müəllifi və təşkilatçılarından biri də tanınmış telejurnalist, professor Etibar Babayevdir: “Müşerref Akay uzun illərdir azərbaycanlı sənətçilərin iştirak edəcəyi proqram hazırlmaq arzusundaydı. Nəhayət TRT Müzik kanalında azərbaycanlı müğənnilərin qonaq olduğu “Əziz dostlar” proqramını gerçəkləşdirə bildik. Azərbaycanın bir çox tanınmış müğənniləri həmin proqramda qonaq oldu. Verilişin davamı olaraq ATV telekanalında “Bir səfərin təəsüratı” adlı proqram ərsəyə gətirdik. Gəncədə keçiriləcək konsertdə əsasən həmin verilişlərdə iştirak edən sənətçilər çıxış edəcək”.

Konsertdə türk sənət musiqisinin tanınmış siması Müşerref Akay fəxri qonaqdır. Bu barədə o, təəssüratlarını bölüşüb:

“Çox həyəcanlıyam. Uzun illər sonar yenidən Gəncədə olmanın həyəcanını yaşayıram”.

Musiqili gecədə Müşerref Akayla səhnəni Xalq artist Nazpəri Dostəliyeva, Zakir Əliyev, Elnarə Xəlilova, Ehtiram Hüseynov, İlkin Əhmədov da bölüşəcək.

Tədbir saat 17:00-da başlayacaq.

Reklam hüququnda

Paylaş:
889

Son xəbərlər

Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29
Bütün xəbərlər