MYBRANDS mağazalar şəbəkəsi endirim kartlarını yeniləyir  – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

MYBRANDS mağazalar şəbəkəsi endirim kartlarını yeniləyir  – FOTO

12:31 - 11 / 07 / 2018
MYBRANDS mağazalar şəbəkəsi endirim kartlarını yeniləyir  – FOTO

Yenilik və innovativlik hər zaman gözəldir. Müştərilərini daim yeniliklərlə sevindirən MYBRANDS mağazalar şəbəkəsi bu dəfə endirim kart dizaynlarını və eyni zamanda endirim kartlarının şərtlərini yenilədi.

Yenilənmiş dizaynı ilə daha da müasirləşən endirim kartlarının verilmə, keçid və saxlama prossesində aşağıdakı dəyişikliklər edilib.

Yeni şərtlər aşağıdakı kimi müəyyənləşdirilib:

MYBRANDS mağazalar şəbəkəsinə daxil olan istənilən mağazada 1 gün ərzində 1 qəbzdə minimum 50 AZN məbləğində alış-veriş etməklə 5%-lik MYBRANDS endirim kartını əldə etmək mümkündür.

Həmin alış-verişə heç bir endirim olunmur. Endirim yalnız növbəti alış-verişlərə kart təqdim olunduqdan sonra edilir.

Kart pulsuz təqdim olunur və sahibinə MYBRANDS mağazalar şəbəkəsində təqdim olunan məhsullara 5% endirim təmin edir.

5% endirim kartından 10% endirim kartına keçid etmək üçün müştəri bir il ərzində 1000 AZN məbləğində alış-veriş etməlidir. Bu məbləğ bir və ya bir neçə alış-veriş zamanı toplana bilər. Əgər müştəri il ərzində 1000 AZN alış-veriş etmirsə bu zaman kartın balansı sıfırlanır, lakin kart blok edilmir.

10% endirim kartını əldə etmək üçün müştəri 5%-lik endirim kartını əldə etdiyi gündən etibarən bir il ərzində MYBRANDS mağazalar şəbəkəsindən 1000 AZN məbləğində alış-veriş etməlidir. Bu məbləğ bir və ya bir neçə alış-verişdə toplana bilər. Yeni karta keçid zamanı 1000 AZN balansdan silinir qalan məbləğ 10% kartın balansına keçirilir.

Karta keçid məbləği  3 AZN təşkil edir və sahibinə MYBRANDS mağazalar şəbəkəsində təqdim olunan məhsullara 10% endirim təmin edir.

Kart sahibi 10% endirim kartını əldə etdikdən sonra bir il ərzində qeyd edilən kart üçün nəzərdə tutulan yuxarı hədd 3000 AZN dəyərində alış-veriş etmir və 15% karta keçid edə bilmirsə bu zaman o kart faizini saxlamaq üçün minimal hədd olan illik 1000 AZN alış-veriş məbləğinə çatmalıdır.

Kart sahibi 10% kart üçün bir il ərzində nəzərdə tutulan aşağı hədd 1000 AZN alış-veriş edirsə bu zaman növbəti il üçün onun balansı 50% kəsilir kart faizi isə dəyişmir.

Kart sahibi 10% kart üçün bir il ərzində aşağı hədd məbləğinə çata bilmirsə bu zaman onun balansı silinir kartı isə 5% kartla əvəzlənir.

15% endirim kartını əldə etmək üçün müştəri 10%-lik endirim kartını əldə etdiyi gündən etibarən bir il ərzində MYBRANDS mağazalar şəbəkəsindən 3000 AZN məbləğində alış-veriş etməlidir. Bu məbləğ bir və ya bir neçə alış-verişdə toplana bilər. Yeni karta keçid zamanı  3000 AZN balansdan silinir qalan məbləğ 15% kartın balansına keçirilir.

Karta keçid məbləği 3 AZN təşkil edir və sahibinə MYBRANDS mağazalar şəbəkəsində təqdim olunan məhsullara 15% endirim təmin edir.

Kart sahibi 15% endirim kartını əldə etdikdən sonra bir il ərzində qeyd edilən kart üçün nəzərdə tutulan yuxarı hədd 6000 AZN dəyərində alış-veriş etmir və 20% karta keçid edə bilmirsə bu zaman o kart faizini saxlamaq üçün minimal hədd olan illik 3000 AZN alış-veriş məbləğinə çatmalıdır.

Kart sahibi 15% kart üçün bir il ərzində nəzərdə tutulan aşağı hədd 3000 AZN alış-veriş edirsə bu zaman növbəti il üçün onun balansı 50% kəsilir kart faizi isə dəyişmir. Müştəri 15% kart üçün bir il ərzində aşağı hədd məbləğinə çata bilmirsə bu zaman onun balansı silinir kartı isə 10% kartla əvəzlənir.

20% endirim kartını əldə etmək üçün müştəri 15%-lik endirim kartını əldə etdiyi gündən etibarən bir il ərzində MYBRANDS mağazalar şəbəkəsindən 6000 AZN məbləğində alış-veriş etməlidir. Bu məbləğ bir və ya bir neçə alış-verişdə toplana bilər.  Yeni karta keçid zamanı 6000 AZN balansdan silinir qalan məbləğ 20% kartın balansına keçirilir.

Karta keçid məbləği 3 AZN təşkil edir və sahibinə MYBRANDS mağazalar şəbəkəsində təqdim olunan mallara 20% endirim təmin edir.

Kart sahibi 20% endirim kartını əldə etdikdən sonra bir il ərzində qeyd edilən kart üçün nəzərdə tutulan yuxarı hədd 20000 AZN dəyərində alış-veriş etmir və VIP 20% karta keçid edə bilmirsə bu zaman o kart faizini saxlamaq üçün minimal hədd olan illik  6000 AZN alış-veriş məbləğinə çatmalıdır.

Kart sahibi 20% kart üçün bir il ərzində nəzərdə tutulan aşağı hədd 6000 AZN alış-veriş edirsə bu zaman növbəti il üçün onun balansı 100% silinir kart faizi isə dəyişmir.

Müştəri 20% kart üçün bir il ərzində aşağı hədd məbləğinə çata bilmirsə bu zaman onun balansı silinir kartı isə 15% kartla əvəzlənir.

VİP  kartı əldə etmək üçün 20% endirim kartını əldə etdikdən sonra bir il ərzində 20000 AZN dəyərində alış-veriş edilməlidir.

Yeni VIP 20% kart müştəriyə ödənişsiz təqdim edilir və sahibinə MYBRANDS mağazalar şəbəkəsində təqdim olunan mallara 20% endirim təmin edir.

Kart sahibi VIP 20% kart üçün bir il ərzində nəzərdə tutulan aşağı hədd 6000 AZN alış-veriş etmirsə bu zaman onun balansı silinərək kartı 20% kartla əvəzlənir.

Kart sahibi VIP 20% kart üçün bir il ərzində nəzərdə tutulan aşağı hədd 6000 AZN məbləğində alış-veriş edirsə bu zaman növbəti il üçün onun kartı saxlanılır balansı isə sıfırlanır.

Xatırladaq ki, Mybrands mağazalar şəbəkəsinə hazırda dünya şöhrətli 20 brendin 38-dən çox mağazası daxildir. Azərbaycana gətirdiyi brendlərlə, keçirdiyi aksiyalarla və loyal kart sistemi ilə artıq uzun illərdir ki, MYBRANDS mağazaları alıcıların ən sevilən məkanıdır.

Əlavə məlumat üçün *0114

Reklam hüququnda

 

Paylaş:
6227

Son xəbərlər

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13
Bütün xəbərlər