“MyGov” təqdim edildi | 1news.az | Xəbərlər
Siyasət

“MyGov” təqdim edildi

12:50 - 24 / 05 / 2019
“MyGov” təqdim edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış “myGov” şəxsi kabinet əsaslı Elektron Hökumət portalının təqdimatı olub.

1news.az-ın verdiyi xəbərə görə, təqdimatda dövlət qurumlarının rəhbər və informasiya texnologiyaları üzrə məsul şəxsləri, maliyyə institutlarının, elektron və rəqəmsal texnologiyalar, innovativ xidmətlər təklif edən özəl sektor və startap nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

 “ASAN Xidmət”in rəhbəri Ülvi Mehdiyev açılış nitqində vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda elektron dövlət quruculuğu sahəsində həyata keçirilən institusional islahatlar, görülən işlər dövlət-vətəndaş münasibətlərini daha da möhkəmləndirir.

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib ki, “myGov” qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir.

Onun sözlərinə görə, vətəndaşlar “myGov” portalı (www.my.gov.az) vasitəsi ilə dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olacaq, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə biləcəklər.

F.Cəfərov qeyd edib ki, portal “qabaqlayıcı hökumət” konsepti əsasında hazırlanıb və iyunun 1-dən istifadəyə veriləcək.

S.Xankişiyeva

 

Paylaş:
606

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər