Onna Kervers: Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq saziş əlaqələrimizi intensivləşdirəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Onna Kervers: Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq saziş əlaqələrimizi intensivləşdirəcək

10:45 - 25 / 04 / 2019
Onna Kervers: Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq saziş əlaqələrimizi intensivləşdirəcək

Azərbaycanla Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan saziş son mərhələdədir. Bu saziş Azərbaycanla Aİ ölkələri, o cümlədən Niderlandla ələqələrin intensivləşməsinə səbəb olacaq. Avropa şirkətlərinin Azərbaycan bazarlarında çıxışını asanlaşdıracaq.

1news.az xəbər verir ki, bunu Niderlandın Azərbaycandakı səfiri Onna Kervers Kral günü münasibətilə keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycanla Niderland Krallığı arasındakı əlaqələrdən danışan səfir bildirib ki, ötən illərdə olduğu kimi, Niderland Krallığı ilə Azərbaycan arasında mövcud olan mükəmməl əlaqələr, xüsusən də iqtisadi münasibətlər getdikcə güclənir. Son bir neçə il ərzində hər iki ölkə birgə iqtisadi əlaqələrini kənd təsərrüfatı sahəsində cəmləşdirib:

“Əvvəl iqtisadi-ticari əməkdaşlıq daha çox neft-qaz sahəsində idi. Amma indi kənd təsərrüfatı sahəsində sıx əməkdaşlığımız var. Məlum olduğu kimi, Niderland bütün dünyada ikinci  ən böyük qida ixracatçısıdır və ən inkişaf ermiş kənd təsərrüfatı sektoruna malikdir. Bu isə Azərbaycan üçün kənd təsərrüfatının prioritet istiqamət olması faktı ilə üst üstə düşür”.

O.Kervers deyib ki, Azərbaycan ilə Niderland arasında biznes əlaqələri hər iki ölkə arasında ticarətin təşviqi baxımından fəal olaraq qalır və öz bəhrəsini verir.

Onun sözlərinə görə, holland şirkətlərinin Azərbaycanda sayı artıb. Niderlandı təmsil edən sahibkarlar enerji, su resurslarının idarə olunması, ətraf nühüt, limanların inkişafı, gəmiqayırma, logistika, neft-kimya məhsulları və s. sahələrdə daha fəaldırlar.

Diplomat deyib ki, Niderland Azərbaycanda model ferma qurulması üçün bu il 300 min avro yardım ayırıb:

“Bu istiqamətdə digər layihələr də nəzərdə tutulub. Bundan əlavə, may ayında keçiriləcək Caspian Agro sərgisində 20 holland şirkəti iştirak edəcək ki, bununla da Azərbaycanda bu sahəyə nə qədər diqqətin olduğunu göstəririk”.

P.Sultanova

 

Paylaş:
795

Son xəbərlər

Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16
Bütün xəbərlər