PA rəsmisi: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır | 1news.az | Xəbərlər
Cəmiyyət

PA rəsmisi: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır

12:41 - 19 / 07 / 2019
PA rəsmisi: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır

Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma ümumi götürdükdə onların sayı azdır.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin aparıcı məsləhətçisi Bəhruz Həsənov "Qadın və uşaq hüquqları media müstəvisində" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xəbər siyasətini qurmaq hər bir media vasitəsinin öz haqqıdır. Eyni zamanda, bu, artıq bir bazardır, orada kommersiya şərtləri, tələb və təklif var: "Bəzən xəbər saytları oxucunun istədiyini verir, bəzən isə oxucu öz istədiyini tələb edir. Bu, dünyanın digər ölkələrində də belədir. Təbii ki, biz də maarifləndirici yükü çox olan informasiyaların sayının çox olmasını arzu edirik".

B.Həsənov bildirib ki, hazırda Azərbaycan mətbuatı ilə qürur duymağa dəyər: "Adi bir faktı deyim ki, 2016-cı ildə aprel döyüşlərində öz mətbuatımızla qürur duyduq. Azərbaycan müharibə vəziyyətində olan ölkədir. Amma eyni zamanda müharibə yalnız səngərdə deyil, informasiya cəbhəsində də mövcuddur. Azərbaycan mətbuatı o informasiya savaşından üzüağ çıxdı".

1news.az

Paylaş:
518

Son xəbərlər

Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21
Bütün xəbərlər