Parlaq, istifadəsi rahat – Samsung Galaxy J6 | 1news.az | Xəbərlər
İqtisadiyyat

Parlaq, istifadəsi rahat – Samsung Galaxy J6

10:00 - 20 / 07 / 2018
Parlaq, istifadəsi rahat – Samsung Galaxy J6

Smartfon öz sahibinin individuallığını vurğulayaraq, onun yaşam tərzinə uyğun olmalı və  tələblərini qarşılamalıdır.

Belə ki, yeni Samsung J6 smartfonu müasir və aktiv istifadəçiləri sevindirərək, həyatlarına daha çox parlaq rəng qatmış olacaq. Smartfon ön korpusun böyük hissəsini əhatə edən “sərhədsiz” ekran ilə təchiz olunub. Burada 18,5:9 icazəli, 5,6” HD+ displeyindən istifadə olunub. Bir çox tənzimləmə sayəsində displeyi özünüzə uyğun dəyişə bilərsiniz.

Standart rejim olan “Adaptiv” rejim  isə ənənəvi olaraq ən yüksək parlaqlığı təmin edir.  SuperAMOLED displey sayəsində qara rənglər daha dolğun ifadə edilir, təzadlıq isə inanılmaz dərəcədə yüksəkdir. Həmçinin, smartfon ekranının baxış bucaqları da olduqca genişdir.

Ekran ətrafı haşiyə incə və zərif olduğundan displey daha da geniş təəssürat bağışlayır. Displeyin üst hissəsində frontal kamera, danışıq dinamiki, yaxınlaşdırma, işıqlandırılma sensorları və flash işıq yerləşdirilib. Frontal kameranın ayrıca flash işıqla təmin edilməsi selfi həvəskarlarını biganə qoymayacaq, çünki, indi hətta qaranlıqda belə selfi çəkmək imkanı olacaq. Korpusun arxa hissəsində isə əsas kamera, flash işığı və barmaq izi skaneri yer alıb. Korpusun sol tərəfində səs tənzimləmə düymələri, həmçinin, yaddaş kartı və simkart üçün slotlar yerləşdirilib.

Slotlatdan  biri həm microSD formatlı yaddaş kartı, həm də simkart üçün nəzərdə tutulmuş, digəri isə yalnız ikinci simkart üçündür. Yaddaş kartının köməyi ilə smartfonun yaddaşını 256 QB-a qədər artırmaq mümkündür. Korpusun sağ tərəfində isə ON/OFF düyməsi və dinamik yerləşdirilib. Həmçinin, smartfonun aşağı haşiyəsində qulaqcıqlar üçün nəzərdə tutulmuş 3,5 millimetr diametrli mini-jack və micro USB  portları vardır.

“Sərhədsiz” displeyi və müasir dizaynı ilə SamsungGalaxy J6 2018 parlaq anlar yaşadacaq və xoş xatirələrlə yadda qalacaq smartfondur.

Yeni Galaxy J6 smartfonları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
674

Son xəbərlər

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56
Bütün xəbərlər