Paşinyan məzuniyyətə çıxır
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün məzuniyyətə çıxır.
1news.az-ın erməni KİV-ə istinadla verdiyi xəbərə görə, bu barədə o, Facebook səhifəsində qeyd edib:
“Seçkiqabağı kampaniyada tam iştirak etmək üçün sabahdan (26 noyabrdan) məzuniyyətə çıxıram”.
Qeyd edək ki, daha əvvəl N.Paşinyan canlı efirdə çıxış edərək, “Mənim addımım” blokunun görüşlərinin qrafiki barədə məlumat vermişdi və bildirmişdi ki, seçkiqabağı kampaniyada fəal iştirak edəcək.
Ermənistanda Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər – FOTO
Tərcümə: S.Xankişiyeva
845