Paşinyan: Qarabağ danışıqlarına hazıram
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ münaqişəsi üzrə danışıqlara hazır olduğunu bəyan edib.
1news.az xəbər verir ki, bu barədə Paşinyan mətbuat konfransında deyib.
O bildirib: "Mən Azərbaycan prezidenti ilə danışıqlara hazıram. Müzakirələr üçün məsaslar var”.
Paşinyanın sözlərinə görə, etimad mühitinin olması vacibdir, əks halda münaqişənin həlli mümkün deyil.
P.Sultanova
451