1news.az

Paşinyan Tuskla görüş barədə

11 İyul saat 11:10 ~ 1 dəqiqəlik oxu 192
Paşinyan Tuskla görüş barədə

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Avropa İttifaqı Şurasının sədri Donald Tuskla keçirilmiş danışıqları şərh edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Paşinyan öz “Facebook” səhifəsində Tuskla aparılmış müzakirələrin məhsuldar olduğunu yazıb.

"Dünən Avropa İttifaqı Şurasının sədri Donald Tuskla çox səmərəli danışıqlar aparıldı” - baş nazir qeyd edib.

Xatırladaq ki, Aİ Şurasının rəhbəri regional səfəri çərçivəsində iyulun 10-da Ermənistana səfər edib. İyulun 9-da isə o, Azərbaycanda olub, ölkə rəhbərliyi ilə görüşüb. Bu gün isə Tusk Gürcüstanda səfərdədir.

P.Sultanova

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Ermənistan BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net