Paşinyanın blokundan olan namizədlər bir-birini etibardan salır | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyanın blokundan olan namizədlər bir-birini etibardan salır

12:33 - 27 / 11 / 2018
Paşinyanın blokundan olan namizədlər bir-birini etibardan salır

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Mənim addımım” blokundan olan deputatlığa namizədlər hakimiyyət uğrunda mübarizəyə başlayıb.

1news.az-ın erməni mətbuata istinadla verdiyi xəbərə görə, “Jamanak” qəzeti yazır ki, bu namizədlər özlərindən başqa rəqib görmədikləri üçün bir-birlərini rəqib hesab edir.

Buna görə də bir-birini etibardan salmağa çalışırlar. Mənbənin yazdığına görə, birinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Karen Çilingaryanın ünvanına partiya resurslarının istifadəsi ilə bağlı ittihamlar səslənməyə başlayıb.                                                                                 

Qeyd olunur ki, əmisi onun xeyrinə partiya resurslarını istifadə edir. Qardaşı, Babnek Çilingaryan isə bu ittihamları təkzib edərək, namizədin öz hesabına posterlər nəşr etdirdiyini bildirib.

Paşinyan məzuniyyətə çıxır

Koçaryan həbs oluna bilər

Ermənistanda Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər – FOTO

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
776

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər