Paytaxtda Novruz şənlikləri davam edir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda Novruz şənlikləri davam edir – FOTO

17:00 - 22 / 03 / 2019
Paytaxtda Novruz şənlikləri davam edir – FOTO

Xalqımızın ən əziz bayramı olan Novruz bayramı paytaxt Bakı şəhərində xüsusi təntənə ilə qeyd edilir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın (BŞİH) tapşırığına əsasən paytaxtın bütün rayonlarında genişmiqyaslı hazırlıq işləri aparılıb.

BŞİH-dən 1news.az-a verilən məlumata görə, əvvəlki illərdən fərqli olaraq paytaxtın rayonlarında əsas meydanlardan əlavə bütün qəsəbə və yaşayış məntəqələrində də bayram tədbirləri keçirilir. Həmçinin əhaliyə ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsullarının çatdırılması üçün yarmarkalar təşkil olunub.

Tədbirlər çərçivəsində paytaxtın Suraxanı rayonunda və rayonun qəsəbələrində bayram şənlikləri geniş miqyasda keçirilib.

İlk növbədə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ümumrayon bayram şənliyi keçirilib. “Atəşgah Məbədi”nin qarşısı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünüb.

20-21 mart tarixlərində bayram tədbirləri rayonun Bülbülə, Əmircan, Qaraçuxur, Hövsan, Zığ, Yeni Suraxanı qəsəbələrində davam etdirilib.

Bayram tədbirlərində tanınmış incəsənət ustaları, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirib, "Kosa, Keçəl və Bahar qız" tamaşası göstərilib, rəngarəng konsert proqramı keçirilib. Şənlik iştirakçıları qədim xalq mahnılarını ifa edib, milli musiqinin sədaları altında rəqs edibər. Sakinlərimiz və şəhərin qonaqlarına zəngin Azərbaycan mətbəxi nümunələri təqdim olunub.

Tədbirlərdə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri, çoxsaylı xarici və yerli qonaqlarla yanaşı, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər.

S.Xankişiyeva

Paylaş:
376

Son xəbərlər

İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33
Bütün xəbərlər