Pekində Azərbaycanla Çin şirkətləri 821 milyon dollarlıq sənədlər imzalayıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Pekində Azərbaycanla Çin şirkətləri 821 milyon dollarlıq sənədlər imzalayıb – FOTO

14:23 - 24 / 04 / 2019
Pekində Azərbaycanla Çin şirkətləri 821 milyon dollarlıq sənədlər imzalayıb – FOTO

Çinin paytaxtında keçiriləcək 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumu çərçivsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, imzalanma mərasimində çıxış edən iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətlərinin iki ölkə arasında əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvə olduğunu deyib.

Azərbaycanın Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə dəstək göstərən ilk ölkələrdən biri olduğunu diqqətə çatdıran nazir bildirib ki, bu günlərdə Pekində keçiriləcək 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumunda Prezident İlham Əliyevin iştirakı Azərbaycanın bu təşəbbüsə verdiyi əhəmiyyətin və göstərdiyi dəstəyin bariz nümunəsidir.

O bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Çinin əsas ticarət tərəfdaşıdır. Belə ki, Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətində ölkəmizin payı 43 faiz təşkil edir.

İki ölkə arasında investisiya sahəsində əməkdaşlığın davam etdiyini söyləyən Ş.Mustafayev ötən dövrdə Çin investorlarının Azərbaycana 800 milyon dollardan çox sərmayə yatırdığını bildirib. Azərbaycanın Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 1 milyard 700 milyon dollar təşkil edir.

"Biz nəqliyyat və tranzit, xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun reallaşdırılması, sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, humanitar və digər sahələrdə əlaqələrimizi genişləndiririk. Bu xüsusda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının rolunu vurğulamaq lazımdır", - deyə nazir bildirib.

Çinin Kommersiya Nazirliyinin Avrasiya idarəsinin rəisi, Çin-Azərbaycan Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Luo Veydon bildirib ki, 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair imzalanan Anlaşma Memorandumu ölkələrimizin iqtisadi-ticarət əlaqələrinin daha da inkişafı üçün istiqamətlər müəyyən edib.

Çin-Azərbaycan iqtisadi-ticari əməkdaşlığının böyük potensialı və parlaq gələcəyi olduğunu bildirən L.Veydon ölkəsinin Azərbaycandan kənd təsərrüfatı, kimyəvi və sənaye istehsalı məhsullarının idxalını daha da artırmağı, internet İpək Yolunun yaradılması, İpək Yolu elektron ticarətinin inkişafı məsələsində Azərbaycanla əməkdaşlığı dərinləşdirmək istədiyini diqqətə çatdırıb. Bundan başqa, tərəflər Transxəzər Nəqliyyat Dəhlizinin imkanlarından tam şəkildə istifadə ilə bağlı dərin araşdırmalar aparmalı, "Bir kəmər, bir yol" tikintisini təşviq etməlidirlər.

"İki ay əvvəl Çin-Azərbaycan Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçirilib. Bu gün iki ölkənin şirkətləri arasında imzalanan sənədlər ticarət, sənaye, kənd təsərrüfatı, kommunikasiya texnologiyaları, logistika və digər sahələri əhatə edir. Bu tam olaraq Çin-Azərbaycan iqtisadi-ticari əməkdaşlığının böyük potensialını və parlaq gələcəyini əks etdirir", - deyə L.Veydon qeyd edib.

Sonra Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulmasına, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına, "Azerbaijan Digital HUB" proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılmasına, Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınmasına, Azərbaycan istehsalı şərab və digər spirtli içkilərin Çinə ixracına, Çinin Çendu şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.

S.Xankişiyeva

Paylaş:
879

Son xəbərlər

Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58
Bütün xəbərlər