Polad Bülbüloğlu: Azərbaycan və çeçen xalqları arasında olan dostluğu pozmaq mümkün deyil – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Polad Bülbüloğlu: Azərbaycan və çeçen xalqları arasında olan dostluğu pozmaq mümkün deyil – FOTO – VİDEO

16:55 - 19 / 02 / 2019
Polad Bülbüloğlu: Azərbaycan və çeçen xalqları arasında olan dostluğu pozmaq mümkün deyil – FOTO – VİDEO

Rusiyanın paytaxtı Moskvada Azərbaycan və Çeçen ağsaqqalları arasında görüş keçirilib.

1news.az xəbər verir ki, bu barədə jurnalist Fərid Əkbərov şəxsi Facebook səhifəsində məlumat verib.

Məlumata görə, “Prezident” otelində keçirilən görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Çeçen Respublikasının başçısı Ramzan Kadıronun köməkçisi Adam Delimxanov, Çeçen Respublikasının Moskvadakı daimi nümayəndəsi Taymazxanov Bekxan da iştirak ediblər.

Görüşdə çıxış edən P.Bülbüloğlu bildirib ki, Azərbaycanla Çeçenistan xalqları arasında olan dostluq və əməkdaşlıq əlaqələrinin ənənəvi və tarixi xarakter daşıdığını bildirib:

“Ölkələrimizin rəhbərlərinə dərin minnətdarlığımı bildirirəm. Dərhal vəziyyəti nəzarətə aldılar, lazımi göstərişlər verdilər. Prezident İlham Əliyevin köməkçisi isə növbəti gün siyasi bəyanatla çıxış etdi. Çünki Rusiya Federasiyası və Çeçenistan Respublikası ilə Azərbaycan arasında olan dostluq və əməkdaşlıq əlaqələri ənənəvi və tarixi xarakter daşıyır. Son illərdəki bir çox hadisələrlə bu öz təsdiqini tapıb. Dostluğumuzun tarixi sübut edir ki, bizim dostluğumuzu pozmaq çox çətindir”.

Səfirin sözlərinə görə, üçüncü güclər var ki, ölkələrimiz arasında dostluğu pozmağa səy göstərirlər:

“Lakin yenə demək istəyirəm ki, bu, mümkün deyil. Biz buna qarşı mübarizə aparacağıq. Və bu mübarizə bizim rəhbərlərimizin, Azərbaycan və çeçen xalqlarının sınanmış iradəsi, dostluğu üzərində dayanır.

Onlar tək Moskvada deyil, bütün Rusiyada vəziyyəti gərginləşdirməyə çalışdılar. Konsulluqlarımızın, regionlarda yerləşən diaspor rəhbərlərimizin operativliyi və həyata keçirdikləri tədbirlər sayəsində buna imkan verilmədi və təxribatın inkişafının qarşısı alındı. Gələcəkdə də onlara bu cür imkan verməyəcəyik. Bunu edənlər və etməyə təhrik edənlər cəzalandırılmalıdırlar”.

1news.az

Paylaş:
553

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər