Qərb-Xəzər Universitetinin professoru: “Paşinyan pirr qələbəsi qazandı” | 1news.az | Xəbərlər
Siyasət

Qərb-Xəzər Universitetinin professoru: “Paşinyan pirr qələbəsi qazandı”

16:00 - 10 / 12 / 2018
Qərb-Xəzər Universitetinin professoru: “Paşinyan pirr qələbəsi qazandı”

Bu cür seçkilərin nəticələrini birmənalı olaraq qələbə adlandırmaq olmaz, buna seçicilərin ayaqları ilə səs verdiyi deyilir.

1news.az-ın verdiyi xəbərə görə, bunu Qərb-Xəzər Universitetinin professoru, politoloq Fikrət Sadıxov dekabrın 9-da Ermənistanda keçirilmiş parlament seçkiləri zamanı seçicilərin (48.63%) səs verməsilə bağlı bildirib.

Politoloqun sözlərinə görə, praktiki olaraq vətəndaşların böyük əksəriyyəti səs vermə məntəqələrinə gəlməyib:

“Bu nə deməkdir? Bu, Paşinyanın neçə aydır keçirdiyi siyasətin qələbəsi deyil. Nikol Paşinyanın rəhbərlik etdiyi, seçkilərdə 48% səs vermə hüququna sahib “Mənim addımım” blokunun qələbəsi pirr qələbəsi, yəni, məğlubiyyətə bərabər qələbədir.

Bu, onun istər xarici, istərsə də daxili siyasət kursuna ümumxalq dəstəyinin olmadığını göstərr. Paşinyan bu neçə ay ərzində ağılsız bəyanatları ilə yüzlərlə vətəndaşı özündən uzaqlaşdırdı, Qərb və Rusiya arasında oynamaqla, KTMT üzrə müttəfiq münasibətlərini pozdu, düşünülməmiş addımlar atdı”.

Politoloq qeyd edib ki, seçki zamanı bir çox qubernatorlar seçicilərə təsir edərək, “Mənim adımım” blokuna səs verməyə məcbur edib:

“Bu cür nəticələri ümumxalq dəstəyi adlandırmaq olmaz. Bu, azadlığın və demokratiyanın prinsiplərinə ziddir. Bütün bunlar Ermənistanda qarışıqlıq və Paşinyanın siyasi qüvvələrinin qəbuledilməzliyidir”.

Xatırladaq ki, 70,43% (884 min 456) səslə Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın “Mənim addımım” bloku qələbə qazanıb. İkinci yeri 8,27 faizlə (103 min 824) “Çiçəklənən Ermənistan” partiyası tutub. “İşıqlı Ermənistan” partiyası 6,37 faizlə (80024) üçüncü olub. Qalan partiyalar isə Milli Məclisin 7-ci çağırışı üçün lazım olan baryeri keçə bilməyib.

Paşinyanın blokundan olan namizədlər bir-birini etibardan salır

Paşinyan məzuniyyətə çıxır

Koçaryan həbs oluna bilər

Ermənistanda Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər – FOTO

Tərcümə: S.Xankişiyeva

 

 

 

Paylaş:
702

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər