Politoloq: Torpaqların Azərbaycana qaytarılmasına qarşı erməni millətçilərinin mitinq çağırışları cavabsız qaldı | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Torpaqların Azərbaycana qaytarılmasına qarşı erməni millətçilərinin mitinq çağırışları cavabsız qaldı

10:15 - 15 / 08 / 2018
Politoloq: Torpaqların Azərbaycana qaytarılmasına qarşı erməni millətçilərinin mitinq çağırışları cavabsız qaldı

Ermənistan əhalisinin əksəriyyəti və Dağlıq Qarabağdakı ermənilərin böyük bir qrupu Azərbaycanla münasibətlərin normallaşmasının tərəfdarıdır.

“Armeniasputnik”am. saytı Yuxarı Larsda erməni məhsullarının günlərlə blokadada qalmasını aradan qaldırmaq üçün Gürcüstan dəmir yolu vasitəsilə yüklərin Azərbaycan ərazisindən Rusiyaya daşınmasını mövzusunu gündəliyə gətirdi. Əlbəttə, o bu yadasalmanı özünəməxsus şəkildə etdi. Guya kimsə bu ideyanı ortalığa atıb, Gürcüstanda və Ermənistanda isə bu yolla yüklərin daşınmanın əleyhinədirlər. N.Paşinyan hökumətindən əvvəlki Karen Karapetyan hökuməti də bir neçə dəfə Ermənistanın Azərbaycanın nəqliyyat kommunikasiyalarına, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmasını müzakirə etmişdi.

Mehri dəmir yolunun İran kontekstindən açılması da Ermənistan hökumətinin müzakirə etdiyi məsələlərdən biri idi. İndi Yuxarı Larsa alternativ kimi ermənilərin Gürcüstan-Azərbaycan-Rusiya dəmir yolu daşımasını gündəliyə gətirməsi mövzunun  müəyyən mənada inkişafı deməkdir. Əgər Yuxarı Larsda vəziyyət gərginləşəcəksə erməni ictimaiyyətində hətta Mehri dəmir yolunun açılmasını tələb edənlər tapılacaq. Ən azı N.Paşinyan hökumətinin iqtisadi proqramında kənd təsərrüfatının inkişafı çox ambisiyalı qoyulub. Ermənistanın kənd təsərrüfatı məhsulları üçün ən böyük bazar Rusiya bazarıdır.

Abxaziyanın və Cənubi Osetiyanın  müstəqilliklərini tanıyan dövlətlərin sayının artması fonunda  Gürcüstanla Abxaziya arasında dəmir yolu əlaqələrinin bərpası qeyri-mümkündür. Həm də indi Gürcüstan rəhbərliyinin də Ermənistana konseptual yanaşması tam dəyişib. B.İvanişvili Ermənistanı Gürcüstanın satellitinə çevirmək istəyir. Bununla da Gürcüstanın daha güclü dövlət olduğunu nümayiş etdirmək istəyir. Artan kənd təsərrüfatı yüklərinin daşınması Gürcüstandan kənar marşrutları Ermənistan üçün zəruri edir.

Məsələnin daha aydın tarixinin mövcudluğunu N.Paşinyanın mitinqləri ortalığa qoydu. Möhlət hüququ uğrunda mübarizə aparan tələbələr N.Paşinyanın mitinqlərinin əsas kütləsi idi. Hərbçilər, o cümlədən Dağlıq Qarabağdakı hərbi hissələrdən qaçanlar da mitinq iştirakçıları arasında heç də az saylı deyildi. Əhalinin də böyük əksəriyyəti N.Paşinyanı məhz Dağlıq Qarabağ məsələsində S.Sərkisyandan fərqli mövqeyin daşıyıcısı olduğuna görə dəstəklədilər. Mitinqlərinin Dağlıq Qarabağ məsələsindəki bu imperativliyini danması N.Paşinyana baha başa gələcək. Ən azı bu gün baş verənlər də bunu sübut edir.

Ermənistan Ümummilli Hərəkatının tanınmış fəallarından Zoya Tadevosyanın ətraf əraziləri Azərbaycana qaytarmaqla bağlı çağırışı ilk dəfə deyildi. Lakin bu dəfə onu  belə çağırışa inamlı edən sosial şəbəkələrin erməni seqmentində analoji çağırışların sayının hədsiz çox artması idi. Z. Tadevosyan  baş nazir N.Paşinyanın aşkar hədəsi qarşısında dediyi fikirlərə görə üzr istədi. Amma o S.Sərkisyanın dövründə də ən azı 2 dəfə belə çağırışlar etmişdi. Heç kəs Z.Tadevosyanı üzr istəməyə vadar edə bilmədi. “Respublika” partiyasının rəhbərlərindən biri olan A.Aşotyan Ermənistandakı indiki vəziyyəti “bankada əqrəblə bir yerdə olmaq”  kimi xarakterizə etdi. 37-ci ilin Ermənistana qayıtdığını iddia edənlərin sayı çoxalır.

Z.Tadevosyanın çağırışından sonra Dağlıq Qarabağın təhlükəsizlik xidmətinin keçmiş rəhbəri A.Qaramyan torpaqların Azərbaycana qaytarılması ilə bağlı erməni seqmetindəki artan çağırışlara qarşı mitinq keçirməyə çağırış etdi. Onun bu çağırışını Ermənistan parlamentinin keçmiş təhlükəsizlik komissiyasının sədri, Dağlıq Qarabağ separatçı rejiminin de-fakto baş nazirinin müavini işləmiş, iki silah zavodunun sahibi və kifayət qədər maliyyə imkanlı, daşnak A.Aqabekyan da daxil olmaqla bir sıra qatı xəstə erməni millətçiləri də dəstəklədilər. 15 gündən çox vaxt keçməsinə baxmayaraq hələ də Ermənistanda bu çağırış əsasında mitinqin keçirilməsi barədə məlumata rast gəlməmişik. Buna Ermənistanda  bir qrup xəstə millətçinin ifşası kimi yanaşmaq olar. Amma hələ ki, N.Paşinyan əhalinin bu əhval-ruhiyyəsini də görmək istəmir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
501

Son xəbərlər

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58
Bütün xəbərlər