Prezident Altay Hacıyevin vəfatı ilə bağlı nekroloq imzaladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident Altay Hacıyevin vəfatı ilə bağlı nekroloq imzaladı

17:24 - 13 / 02 / 2019
Prezident Altay Hacıyevin vəfatı ilə bağlı nekroloq imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev xalq rəssamı Altay Hacıyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

1news.az xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycan incəsənətinə ağır itki üz verib. Müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Altay Hacıyev 2019-cu il fevral ayının 12-də ömrünün 88-ci ilində vəfat edib. 

Altay Əmir oğlu Hacıyev 1931-ci il aprelin 2-də Bakı şəhərində anadan olub. O, 1951-ci ildə Əzim Əzimzadə adına Azərbaycan dövlət rəssamlıq məktəbini bitirdikdən sonra bir müddət respublika nəşriyyatlarında kitabların bədii tərtibatı üzrə rəssam işləyib, 1954–1959-cu illərdə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunun qrafika fakültəsində təhsil alıb.

1959-cu ildən etibarən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısı olan Altay Hacıyev 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilmişdir. O, 1962–1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışıb.

Altay Hacıyev dəzgah və kitab qrafikası rəssamı kimi Azərbaycan rəngkarlığının inkişafında səmərəli xidmətlər göstərmiş və milli təsviri sənətin inkişafına töhfələr vermiş sənətkarlardandır. Müxtəlif janr və mövzularda çoxsaylı əsərləri ilə geniş şöhrət qazanmış rəssamın fırçasının məhsulu olan tablolar həmişə özünün yaddaqalan kompozisiya həlli, işlənmə üslubu və rəng zənginliyi ilə səciyyələnmişdir. Tarixi-mədəni irsə və milli dəyərlərə ehtiram sənətkarın yaradıcılığının leytmotivini təşkil edib.

Dünya rəssamlıq ənənələrini lazımınca mənimsəmiş Altay Hacıyev uzun illər kitab qrafikası, tərtibatı və illüstrasiyası sahəsində uğurla fəaliyyət göstərmişdir. Kitablara çəkdiyi rəngli illüstrasiyalar sənət nümunələri olaraq rəssamın Azərbaycanın zəngin xalq yaradıcılığı xəzinəsinə dərin bələdliyini özündə təcəssüm etdirir. Onun yaratdığı silsilə lövhələrdə insan əməyinin əzəməti, zəhmətə inamın təntənəsi və gələcəyə ümid rənglərin ən incə çalarlarında ifadəsini tapıb.

Altay Hacıyev Azərbaycan xalqının yetirdiyi görkəmli şəxsiyyətlərin unudulmaz obrazlarını məhz qədim miniatür sənətimizə, ədəbi-mədəni fikir tariximizə və çoxəsrlik ənənələrimizə bağlılığı sayəsində tam dolğunluğu ilə canlandırmağa müvəffəq olmuşdur. Bu əsərlər böyük bədii-estetik təsir qüvvəsinə malik olub, vətənə məhəbbət duyğusu təlqin edir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır.

Altay Hacıyevin ölkəmizin hüdudlarından uzaqlarda da sənətsevərlər tərəfindən rəğbətlə qarşılanmış qrafika əsərlərinin mühüm bir qismi xarici ölkələrdəki mötəbər muzey və qalereyalarda nümayiş etdirilir, nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.

Altay Hacıyevin yaradıcılığı yüksək qiymətləndirilmişdir. O, 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Altay Hacıyev 2004-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Tanınmış rəssam, səmimi insan Altay Əmir oğlu Hacıyevin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Novruz Məmmədov

Oqtay Əsədov

Ramiz Mehdiyev

Əli Əhmədov

Eldar Əzizov

Fərəh Əliyeva

Əbülfəs Qarayev

Tahir Salahov

Fərhad Xəlilov

Ömər Eldarov

Cəmil Müfidzadə

Arif Hüseynov.

 

 

Paylaş:
453

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər