Prezident dövlət xidmətlərinin elektronlaşdırılmasının yeni mərhələsinin əsasını qoydu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Prezident dövlət xidmətlərinin elektronlaşdırılmasının yeni mərhələsinin əsasını qoydu

16:15 - 15 / 03 / 2018
Prezident dövlət xidmətlərinin elektronlaşdırılmasının yeni mərhələsinin əsasını qoydu

Dövlət orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, xidmətlərin elektron qaydada göstərilməsi sahəsində bu günədək bir sıra normativ aktlar qəbul edilmiş, hüquqi baza formalaşdırılıb.

Bu mənada elektron hökumət quruculuğu prosesində mühüm mərhələ Prezident İlham Əliyevin elektron xidmətlərin təşkili ilə bağlı 2011-ci il 23 may tarixli Fərmanı ilə başlayıb. Həmin Fərmanla verilmiş tapşırıqların əsas məqsədi dövlət orqanlarının xidmətlərin göstərilməsi zamanı vətəndaşlarla birbaşa təmasını aradan qaldırmaqla şəffaflığın təmin edilməsindən, xidmətlərin daha əlçatan olmasından ibarət olub. Bununla əlaqədar elektron hökumət portalı yaradılıb, bir sıra dövlət qurumları xidmətlərin elektronlaşdırılmasına başlayıb.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və Agentliyə elektron xidmətlərin təşkili və qiymətləndirilməsi ilə bağlı bir sıra funksiyaların həvalə edilməsi dövlət xidmətlərinin elektronlaşdırılması prosesini daha da sürətləndirib.

Belə ki, bu istiqamətdə aparılan işlərin nəticəsi olaraq BMT tərəfindən hazırlanan “Elektron hökumət sorğusu” hesabatında ölkəmiz “Elektron hökumətin inkişafı indeksi” üzrə 2012-ci ildən 2017-ci ilədək 40 pillə irəliləyərək 96-cı yerdən 56-cı yerə çıxıb.

Elektron hökumətin inkişafını zəruri edən əsas amillər dövlət qurumlarının funksiyaları ilə bağlı informasiya açıqlığının, vətəndaşların informasiya əldə etmək azadlığının təmin edilməsi və nəyahət vətəndaşlara göstərilən xidmətlər zamanı məmur-vətəndaş təmasını aradan qaldırmaqla tamamilə şəffaf mühitin yaradılmasından ibarətdir. Xidmətlərin elektron təqdim edilməsi eyni zamanda büdcə məsrəflərinə qənaət etməkdə də mühüm rol oynayır.

Lakin aparılan təhlillər göstərir ki, bu sahədə ciddi işlər görülsə də bəzi qurumlar tərəfindən xidmətlərin elektronlaşdırılması, informasiya sistemlərinin qarşılıqlı inteqrasiyası işləri aparılmayıb və ya tam başa çatdırılmayıb. Dövlət qurumları tərəfindən informasiya sistemlərinin pərakəndə və fərqli qaydada yaradılması onların qarşılıqlı inteqrasiyası zamanı bir sıra hallarda problemlər yaradıb və əlavə büdcə xərclərinə səbəb olub.

Ölkə Prezidentin elektron xidmətlərin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı martın 14-də imzaladığı fərman bu sahədə yeni bir mərhələnin başlanmasına səbəb olacaq.

Fərmanda verilən tapşırıqlara nəzər salsaq görərik ki, elektron hökumət sahəsində vahid tənzimləyici və əlaqələndirici qurum funksiyaları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həvalə edilir.

Burada əsas məqsəd müxtəlif dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin elelktronlaşdırılması prosesini daha da sürətləndirmək, effektiv, səmərəli və işlək elektron xidmətlərin yaradılması üçün müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək, müvafiq dövlət informasiya ehtiyatlarının inteqrasiya edilməsi yolu ilə vətəndaşları əlavə sənəd təqdim edilməsi vəzifəsindən azad etmək, elektron xidmətlərin “bir pəncərə” prinsipi ilə vətəndaşlara çatdırılmasını təmin etməkdir.

Fərmanda verilmiş tapşırığa uyğun olaraq dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları hazırlanaraq, bu sahədə pərakəndəliyin qarşısı alınacaq. Dövlət qurumlarının bu prosesləri vahid qaydada, əvvəlcədən müəyyən edilmiş standartlara riayət etməklə təşkil etməsi prosesin optimallaşdırılmasına səbəb olacaq və gələcəkdə bu informasiya ehtiyatlarından digər dövlət orqanları tərəfindən istifadə edilməsini asanlaşdıracaq. Bu isə öz növbəsində həm müvafiq dövlət xidmətlərinin elektron qaydada göstərilməsinə daha əlverişli şərait yaradacaq, həm də informasiya sistemlərinin inteqrasiyası nəticəsində yeni elektron xidmətlərin formalaşdırılmasına imkan verəcək, vətəndaşların və özəl sektorun elektron xidmətlərdən istifadəsi imkanlarını genişləndirəcək.

Bu sahədə əlaqələndirmənin həyata keçirilməsi isə müxtəlif qurumlar tərəfindən eyni və ya oxşar informasiya ehtiyatlarının yaratmasının qarşısını alacaq, bu yolla həm təkrar informasiyanın yaradılması zamanı yol verilə biləcək səhvlərin qarşısı alınacaq, həm də qurumlar əlavə xərclərdən azad olacaqlar.

Fərmanla verilmiş mühüm tapşırıqlardan biri də elektron xidmətlərin G2B (government to business) və B2G (business to government) prinsipləri əsasında təşkili ilə bağlı tədbirlərin görülməsidir. Bildiyimiz kimi, dövlət informasiya sistemlərində müxtəlif sahələr üzrə böyük data - informasiya toplanır. Həmin datanın analitik təhlili ayrı-ayrı sahələr üzrə yeni xidmətlərin, xüsusilə də özəl sektor, biznes subyektləri üçün dövlət tərəfindən faydalı xidmətlərin göstərilməsinə səbəb olacaq. Biznes subyektləri dövlət tərəfindən təqdim edilən datadan istifadə etməklə yeni biznes layihələrinin həyata keçirilməsində, investisiyaların qoyulmasında zəruri olan informasiyalarla real vaxt rejimində təmin ediləcək. Eyni zamanda əks əlaqə də mühüm əhəmiyyət kəsb edir. Özəl sektorun topladığı informasiyanı dövlət qurumları ilə qarşılıqlı faydalı şərtlərlə mübadilə etmək imkanları yaradılacaq.

Fərmanda həmçinin “Rəqəmsal hökümətə keçid üzrə Fəaliyyət Planı”nın hazırlanması nəzərdə tutulub. “Rəqəmsal Hökumət” “Elektron Hökumət”in növbəti mərhələsi hesab edilə bilər. Gələcəkdə dövlət qurumlarının malik olduğu informasiya ehtiyatlarının rəqəmsallaşdırılması ilə məlumat mübadiləsinin, elektron xidmətlərin daha çevik və müxtəlif texniki vasitələrlə həyata keçirilməsi təmin ediləcək.

“Milli Məkan Məlumatları” ölkə ərazisinin coğrafi strukturu, torpaq səthi və onun üzərində yerləşən bütün növ obyektlər barədə məlumatların toplandığı sistemdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Milli Məkan Məlumatları infrastrukturunun yaradılması nəzərdə tutulub. Bu məlumatların dairəsi, onların toplanılması, mübadilə və istifadəsi ilə bağlı məsələləri tənzimləmək məqsədilə, Fərmanda “Milli Məkan Məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın hazırlanması tapşırılır.

Dövlət informasiya ehtiyatlarının elektron mühitə keçirilməsi təbii ki informasiya təhlükəsizliyinin gücləndirilməsini şərtləndirir. Bununla əlaqədar informasiya təhlükəsizliyi sahəsində qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla ölkədə müvafiq sahənin təkmilləşdirilməsinə dair aidiyyatı orqanlara zəruri tədbirlərin görülməsi tapşırılıb.

Fərmanda qeyd olunan tapşırıqları icra etmək məqsədilə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” (EGDC) publik hüquqi şəxsin yaradılması nəzərdə tutulur. Publik hüquqi şəxs “Elektron hökumət” portalını idarə edəcək və dövlət büdcəsindən maliyyələşdirilməyəcək əksinə bu sahəyə özəl investisiyaların cəlb edilməsi və yeni innovativ həllərin, məhsulların yaradılması hesabına büdcə gəlirlərinin artırılmasına imkan yaradacaq.

Qısa müddətdə qarşıya qoyulan vəzifələrin icrası həm vətəndaşların rifahına müsbət təsirini göstərəcək, həm də yeni, milli innovativ məhsulların yaradılması ilə ölkəmiz innovativ məhsul ixracında önəmli yerlərdən birini tutacaq.

1news.az

 

 

Paylaş:
810

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər