Prezident İlham Əliyev Avstriyanın vitse-kanslerini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Avstriyanın vitse-kanslerini qəbul edib - YENİLƏNİB

12:41 - 19 / 09 / 2018
Prezident İlham Əliyev Avstriyanın vitse-kanslerini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az  xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Avstriya arasında əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayaraq Avstriyanın keçmiş Prezidenti Haynts Fişerin Azərbaycana və özünün Avstriyaya rəsmi səfərini məmnunluqla xatırladı. İqtisadi sahədə əməkdaşlığın da çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev bir sıra Avstriya şirkətlərinin uzun illərdir Azərbaycanda uğurlu fəaliyyət göstərdiklərini vurğuladı. Dövlətimizin başçısı əminliklə qeyd etdi ki, Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxenin böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməsi onların ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı imkan yaradacaq və səfər zamanı idman, nəqliyyat və digər sahələrdə əməkdaşlıqla bağlı aparılan danışıqlar ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir.

Vitse-kansler Haynts-Kristian Ştraxe Avstriya Respublikasının Kansleri Sebastian Kurtsun salamlarını dövlətimizin başçısına çatdırdı. Haynts-Kristian Ştraxe qeyd etdi ki, böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin əsas məqsədi yaxşı səviyyədə olan Avstriya-Azərbaycan əlaqələrini daha da dərinləşdirmək və əlaqələrimizin xoş ənənələrindən çıxış edərək bu işlərə töhfə vermək niyyətindən ibarətdir. O, iki ölkə rəsmiləri arasında təmasların əlaqələrimizin inkişafı baxımından önəmli olduğunu dedi. Haynts-Kristian Ştraxe ölkələrimiz arasında iqtisadi və digər sahələrdə əməkdaşlığı dərinləşdirmək, strateji əhəmiyyətli məsələlərin müzakirəsi və konkret birgə layihələrin icrası məqsədilə şuranın yaradılmasını və bu şuranın iclaslarının mütəmadi olaraq keçirilməsini təklif etdi. O, eyni zamanda, bildirdi ki, ölkəsi Avropa İttifaqından Azərbaycana investisiyaların cəlb olunması, Avstriya texnologiyalarının ölkəmizə gətirilməsi və burada istehsal olunan məhsulların ixrac edilməsində maraqlıdır. Qonaq, həmçinin qeyd etdi ki, Avstriya tərəfi Azərbaycan şirkətlərinin ölkəsində təmsil olunmasına da maraq göstərir və Azərbaycan məhsullarının Avropa İttifaqı bazarlarına çıxarılması işində ölkəmizə dəstək verməyə hazırdır.

Dövlətimizin başçısı Avstriya Kansleri Sebastian Kurtsun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avstriyanın Federal Kanslerinə çatdırmağı xahiş etdi.

1news.az

11:53

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat veriblər.

1news.az

Paylaş:
529

Son xəbərlər

Bakıda 22 yaşlı qız qətlə yetirilibBu gün, 10:18Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15
Bütün xəbərlər