Prezident İlham Əliyev İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib – FOTO

12:49 - 22 / 10 / 2018
Prezident İlham Əliyev İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, uzunluğu 23 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. İkizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən həyata keçirilib. Yol 40 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Əvvəllər çınqıl və torpaq örtüklü yolla vətəndaşların gediş-gəlişində müəyyən problemlər yaşanırdı. Yolun yenidən qurulması ilə bu problemlər köklü şəkildə həll olunub. Aparılan işlər zamanı zəruri yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib. Layihənin icrası çərçivəsində yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib. Yolboyu zəruri yerlərdə 30 suötürücü boru da quraşdırılıb. İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun istifadəyə verilməsi nəticəsində əhalinin gediş-gəlişi xeyli asanlaşacaq, təhlükəsiz və maneəsiz hərəkət təmin olunmaqla, yük və sərnişin daşınması da yaxşılaşacaq.

Dövlətimizin başçısına İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikili yolu barədə də məlumat verildi. Uzunluğu 14 kilometr olan yolun yenidən qurulması ilə 7 yaşayış məntəqəsinin 26 mindən çox əhalisinin rahat və təhlükəsiz hərəkəti təmin edilib. Bu avtomobil yolu uzun illər istismar olunduğundan yolda qabarmalar və çökmələr əmələ gəlmişdi. Bu isə xüsusən payız-qış mövsümündə əhalinin və nəqliyyatın hərəkətinə çətinliklər yaradırdı. Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun bərpa edilib. Yolun eni 10 metrdir. Layihə çərçivəsində yeni dəmir-beton borular quraşdırılıb, körpü məhəccərləri yenilənib, avtobus dayanacaqları inşa edilib. Bununla da yolboyu yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yoluna rahat çıxışı təmin edilib, yük və sərnişin daşınması asanlaşıb. Diqqətə çatdırıldı ki, bu gün İmişli rayonunda ümumi uzunluğu 213 kilometr olan avtomobil yolları istifadəyə verilib.

Prezident İlham Əliyev İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

S.Xankişiyeva

Paylaş:
419

Son xəbərlər

Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Qırğızıstan Prezidenti Azərbaycana gəlirBu gün, 10:38Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50
Bütün xəbərlər