Prezident Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib - YENİLƏNİB

13:09 - 19 / 02 / 2019
Prezident Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev fevralın 19-da Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun böyük tərkibdə Azərbaycana səfərinin əlaqələrimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Azərbaycan ilə Türkiyənin bu gün dünyada bir-birinə ən yaxın ölkələr olduğunu deyən Prezident İlham Əliyev dövlət başçıları səviyyəsində keçirilən görüşlərin və müxtəlif səviyyəli qarşılıqlı səfərlərin dostluğumuzun daha da möhkəmlənməsi və iş birliyi üçün yeni sahələrin müəyyən edilməsi baxımından önəmli olduğunu dedi.

Keçən il Rəcəb Tayyib Ərdoğanla həm Türkiyədə, həm Azərbaycanda və eyni zamanda, beynəlxalq tədbirlər çərçivəsində görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı Türkiyə Prezidentinin iştirakı ilə Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda Azərbaycan və Türkiyə əsgərlərinin təntənəli keçidini dostluq və qardaşlıq bayramı kimi dəyərləndirdi. Prezident İlham Əliyev ötən ilin ölkələrimiz üçün eyni zamanda önəmli enerji layihələri olan TANAP-ın və “STAR” neft emalı zavodunun açılışı ilə də yadda qaldığını dedi.

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım nümayəndə heyətini qəbul etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, Türkiyə-Azərbaycan əlaqələrinin bu gün ən yüksək səviyyədə olduğunu qeyd edərək, xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşlərini böyük ehtiramla xatırladı. Türkiyəli qonaq qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb və sürətli inkişafa nail olub. O, rəhbərlik etdiyi Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməcəyini vurğuladı.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Sonda xatirə şəkli çəkdirildi.

1news.az

Paylaş:
539

Son xəbərlər

Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34
Bütün xəbərlər