Qalaaltıda Avropa məktəbi: gəncləri ruhlandıran və uğura aparan yol – FOTO
Avropa məktəbi Azərbaycanda gözəl ənənəyə çevrilib. Bu yay da məktəb azərbaycanlı gənclərin böyük marağı ilə artıq üçüncü dəfə baş tutdu.
Avqustun son günlərində Bakıdan şimalda yerləşən Qalaaltıdakı yerli istirahət mərkəzində 15 azərbaycanlı tələbə yerli və avropalı trenerlərlə birlikdə zaman keçiriblər. Tədbir ənənəvi olaraq Avropa İtifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.
Burada keçirilən mühazirə və müxtəlif interaktiv sessiyaların məqsədi iştirakçılara Avropa İttifaqını, Avropa İnstitutları və dəyərlərini, Azərbaycanla əməkdaşlığın perspektivlərini yaxından tanımağa imkan yaratmaqdır. Həmçinin daha çox diqqət Aİ tərəfindən maliyyələşdirilən təlim və karyera imkanları, gənclər üçün inkşaf proqramları ilə bağlı cavanları məlumatlandırmaqdır.
“Bu cür tədbirlər insanları yaxınlaşdırmağa, yeni yerlərdə olmaq, yeni insanlarla tanış olmağa və həmfikirlərini tapmağa imkan yaradır. Bu, insanı əhəmiyyətli dərəcədə şəxsiyyət kimi zənginləşdirir, onun ünsiyyətlə bağlı biliklərini yaxşılaşdırır, dünyagörüşünü genişləndirir. Bunsuz, yetkinlik həyatı mümkün deyil”, – bunu “Gənc Avropa Qonşuları” şəbəkəsinin koordinatoru, trener Nadya Ekert bildirib.
Bu, “Gənc Avropa Qonşuları” onlayn-platforma 2016-cı ilin yayında buraxılaraq, Aİ-nin 28 ölkəsindən və “Şərq Tərəfdaşlığı”nın 6 ölkəsindən gəncləri birləşdirir, EU Neighbours east kommunikasiya layihəsi çərçivəsində fəaliyyət göstərir.
Avropa İttifaqı gənc nəslin inkişafına böyük əhəmiyyət verərək, inanır ki, bugünkü gənclərin yaxınlaşması – gələcəkdə qarşılıqlı anlaşma və effektiv əməkdaşlıq üçün etibarlı əsasdır.
Rumıniyadan olan trener Stefani Pavelin sözlərinə görə, Avropa məktəbi çərçivəsində keçirilən bütün sessiyalar Avropa ilə bağlı geniş biliklərə sahib, maraqlı və dərin suallar verən iştirakçıların böyük fəallığı ilə baş tutub.
“Əminəm ki, bu gənclər Azərbaycanın gələcəyi üçün çox gözəl töhfələr bəxş edəcəklər! Bugünkü məqsədimiz – onlara təcrübə və özünəinam verərək, enerjilərini konstruktiv məcraya yönəltməkdir”, – deyə o, bildirir.
Trenerlər əmindir ki, üçünçü Avropa məktəbinin iştirakçıları həyatda uğura nail olması üçün bütün imkanları var.
“Bu gənclərdə böyük potensial hiss olunur. Onlar gəncdir, enerjilidir, təşəbbüskardırlar, yeni biliklərə və dünyaya açıqdırlar. Bundan əlavə, onların bir çoxlarının ingilis dil səviyyəsi yüksəkdir. Bu cür gənc mütəxxəsislərə böyük tələbat var”, – bunu trener Vitaliy Qerlosski bildirib.
Belorusdan olan Vitaliy Brüsseldə Avropa Enerji Xartiyasında çalışır. Avropa məktəbinin iştirakçılarına Azərbaycanla Aİ arasında energetik əməkdaşlıq, eləcə də enerji effektivliyi ilə bağlı danışıb. Onun sözlərinə görə, bu mövzu auditoriyanın böyük marağına səbəb olub.
Fotoda soldan-sağa: Nadya Ekert, Stefaniya Pavel, Vitaliy Qerlosski
Avropa yay məktəbi Avropa İttifaqı haqqında ümumi tanışlıqla yanaşı, həmçinin daha çox faydalı məlumatlar əldə edilməsinə istiqamətlənib. Sözsüz ki, bu, təhsil imkanları və gənclərin inkişafı proqramıdır. Bir çox istirakçılar üçün Avropada təqaüd proqramı ilə təhsil almaqla bağlı məlumat yeni olaraq diqqəti cəlb etdi.
Avropa yay məktəbinin dəyişməz qonağı, Azərbaycanda Erasmus+ Avropa təhsil proqramının milli ofisinin rəhbəri Pərviz Bağırov qeyd edib ki, azərbaycanlı gənclərdə öz güclərinə inam çatışmır.
“Bu yay məktəbi nəticəsində özümə inamım və motivasiya artıb”, – Bakı Dövlət Universitetindən (BDU) olan iştirakçı Rəna Bayramova bildirib:
“Əvvəllər düşünürdüm ki, Avropa universitetlərində təqaüd proqramı ilə təhsil almaq üçün dünyada minlərlə tələbə ərizə verir, buna görə də şanslar çox azdır. İndi isə, ilkin mənbədən əldə etdiyim məlumatlar əsasında anladım ki, hər zaman şans var, səy göstərmək lazımdır”.
“Öyrəndik ki, Aİ gənclərin inkişafı üçün daha çox imkanlara sahibdir və bizim bundan istifadə etmək şansımız var”, – bunu BDU-dan olan iştirakçı Əzizə Xəlilova deyir.
Avropa İttifaqı tərəfindən Erasmus+ proqramı çərçivəsində maliyyələşdirilən təhsil layihələri Azərbaycan və Avropa universitetləri arasında bir çox birgə layihələrdən tutmuş Avropa universitetlərində bir illik və ya bütün təlim kursunu əhatə edəcək tələbə mübadiləsini əhatə edir.
Fotoda soldan-sağa: İlyas Fərhadlı, Əminə Şərifzadə, Şücaət Əhmədzadə, Paşa Babayev
Avropa məktəbi çərçivəsində təlim sessiyaları elə qurulub ki, auditoriya qeyri-formal ab-havanın yaranmasına isitqamətlənib. Təcrübə gösətir ki, bu cür yanaşmaq məlumatın daha yaxşı mənimsənilməsi üçün effektivdir.
İştirakçıların əhval-ruhiyyəsini burada olanlardan daha yaxşı kim hiss edə bilər? Ötənilki yay məktəbinin iştiakçısı, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının məzunu İlyas Fərhadlı bu il trener qismində iştirak edib.
“Özümü yeni rolda çox yaxşı hiss edirəm”, – 24 yaşlı İlyas gülümsəyərək deyib.
Ötənilki təcrübə ona auditoriya ilə qarşılıqlı əlaqə qurmaqda bir sıra üstünlüklər verir:
“Səhnənin digər tərəfində olduğum üçün bir sıra xırda fəndləri bilirəm – diqqəti cəmləşdirməyin lazımlılığını, nə vaxt rahatlanmağı, auditoriyanın diqqətini cəmləşdirməyi.
İlyas – xüsusi sahibkarlıqla məşğul olan, Azərbaycan üzrə tez-tez səfərlər edən fəaldır. O, hesab edir ki, bu gün Avropa İttifaqı ökənin regionları ilə tanışlığa səylərini cəmləşdirməlidir.
“Bakıdakı gənclər daha çox məlumatlıdırlar. Kənd təsərrüfatının inkişafı və digər sahələrlə bağlı çoxsaylı Avropa layihələri hesabına praktiki olaraq fayda əldə olunmasına baxmayaraq, regionlarda isə Aİ ilə bağlı məlumatlandırma olduqca aşağıdır. Avropa İttifaqı onlar üçün uzaq və anlaşılmaz bir yer kimi qalır”, – İlyas deyir.
Yay məktəbinin iştirakçıları arasında regionlardan olan gənclər də var. Əminə Şərifzadə patrialxal dəyərlərin üstün olduğu, qadın və qızların bir çox stereotiplər və məhduddiyyətlərlə qarşılaşdığı Azərbaycanın cənub regionu – Lənkərandandır.
Lakin Əminə onların sırasına daxil deyil. O, Qərb təhsil proqramlarından birinin iştirakçısıdır, ingilis dil səviyyəsi çox yüksəkdir, Bakıda İncəsənət İnstitutunda təhsil alır və onun gələcəklə bağlı böyük planları var.
Əminənin dediyi kimi, o, “Gənc avropalı səfirlər” (“Gənc Avropa Qonşuları” fəallar şəbəkəsi) sırasına daxil olmağa ümidlidir. Əminə hesab edir ki, bu, ona doğma rayonunda qızlara dəstəklə bağlı layihələrin həyata keçməsinə kömək olacaq.
“Yalnız təhsil və peşə valideynlərdən və gələcək həyat yoldaşından asılı olmamağa kömək edə bilər”, – deyə o, bildirir.
“Ola bilsin Avropa ilə bağlı mənfi təsəvvürlər “Qərb” və “kapitalizm” anlayışlarının sinonimi olaraq “düşmən” kimi beynimizə yeridilən sovet keçmişimizdən də gəlir”, – Azərbaycan Dövlət İdarəçilik Akademiyasının tələbəsi Şücaət Əhmədzadə deyib.
Bu gün cəmiyyətdə Azərbaycanın Avropa ailələrinin bir hissəsi kimi qəbul etmək tendensiyası var, ölkəmizin gələcəyini isə Avropaya inteqrasiyada görür. Ənənələr, din, mədəniyyət və mental dəyərlər fərqlənsə də, lakin bizi ümumi dəyərlər və məqsədlər birləşdirir”, – deyə o, bildirib.
Həmçinin Azərbaycan Dövlət İdarəçilik Akademiyasından olan Paşa Babayev hesab edir ki, Azərbaycanda geniş dünyagörüşünə sahib, proqressiv düşünən gənclər şəbəkəsini möhəmlənməsi daha vacibdir.
“Necə deyərlər, güc birlikdədir. Birləşərək daha güclü ola bilərik. Birlikdə inkişafa və müsbət dəyişikliklərə nail ola bilərik”, – deyə o, bildirib.
Müəllif: Yelena Ostapenko
Məqalə “EU Neighbours east” layihəsi çərçivəsində yazılıb.
Tərcümə: S.Xankişiyeva