“Qarabağ” 7-ci dəfə Azərbaycan çempionu olub | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” 7-ci dəfə Azərbaycan çempionu olub

09:14 - 06 / 05 / 2019
“Qarabağ” 7-ci dəfə Azərbaycan çempionu olub

Mayın 5-də futbol üzrə Topaz Premyer Liqasının 2018-2019-cu il mövsümünün çempionu müəyyənləşib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Qarabağ” Topaz Premyer Liqasının 27-ci turunda Tofiq Bəhramov adına Respublika Stadionunda “Səbail” klubunu 4:0 hesabla (Markos Madera 21, Mahir Mədətov 42, 69, 87) məğlub edib. Bununla komanda xallarının sayını 63-ə çatdıraraq Azərbaycan çempionu adını qazanıb.

Ağdamlıların turnir cədvəlində əsas izləyicisi “Neftçi” səfərdə “Qəbələ”ni məğlub (3:1) etməsinə baxmayaraq, xal hesabında “Qarabağ”a çata bilməyib. Komandalar arasında fərq 5 xaldı. Qurban Qurbanovun yetirmələri ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə çempionluğu bayram edib.

Xatırladaq ki, Azərbaycanın Ağdam şəhərini təmsil edən “Qarabağ” klubu 1951-ci ildə yaradılıb. Klub 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparır. İlk dəfə “Qarabağ” 1993-cü ildə Azərbaycanın ən güclüsü olub. Daha sonra “Qarabağ”ın çempionluğu 2014-cü ilə təsadüf edib. Bir ildən sonra “Qarabağ” yenidən titulunu qoruyaraq tarixində 3-cü dəfə çempion olub.

Klubun ən böyük uğuru 2017-2018-ci il mövsümünə təsadüf edir. Həmin il daha üstün oyun nümayiş etdirən “Qarabağ” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubunu (5:0, 1:0”, II təsnifat mərhələsində Moldavanın “Şerif” komandasını (2:1, 2:1), III təsnifat mərhələsində isə Danimarkanın “Kopenhagen” komandasını (1:0,1:2) məğlub edərək qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində oynamaq şansı qazanıb. Bununla da UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu “Qarabağ” olub. Qrup mərhələsində İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko Madrid” və İtaliyanın “Roma” kimi Avropa nəhəngləri ilə qarşılaşıb.

1news.az

Paylaş:
579

Son xəbərlər

FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41
Bütün xəbərlər