“Qarabağ” Avropa Liqasını tərk edir: günahkar kimdir və çempionun solğun oyununun səbəbi nədir? | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” Avropa Liqasını tərk edir: günahkar kimdir və çempionun solğun oyununun səbəbi nədir?

17:08 - 26 / 10 / 2018
“Qarabağ” Avropa Liqasını tərk edir: günahkar kimdir və çempionun solğun oyununun səbəbi nədir?

“Qarabağ” qrupdan çıxmaq şansını əldə verdi.

Kimsə deyə bilər ki, “Qarabağ” “Vorskla” qarşı matç ərəfəsində şansını əldən verib və ya bu, Azərbaycan çempionunun “Arsenal” və “Sportinq”lə bir qrupa düşdüyü püşkatmadan sonra itirib.

İndi “Arsenal” ilə eyni dərəcədə oynamaq praktiki olaraq mümkünsüzdür, lakin “Qarabağ” londonlulara qarşı matç zamanı bunun əksini göstərdi. Ağdamlılar 0:3 hesabı ilə məğlub oldu, lakin heç kəs komandanı tənqid atəşinə tutmadı. Belə ki, “Qarabağ” yaxşı futbol nümayiş etdirdi, müəyyən şəraitdə məğlub olmaya da bilərdi.

“Qarabağ”ın beş il ard-ardına Avropa Kubokunun qrup mərhələsində, eləcə də Çempionlar Liqasında oyununu nəzərə alaraq, ağdamlılardan gözləntilərimiz yüksəkdir.

Nə üçün “Qarabağ” “Vorskla” uduzdu?

Birincisi, Qurban Qurbanov heyətlə bağlı düzgün seçim etmədi. Simeon Slavcev və Miçelanın eyni zamanda heyətdə olması komandanın kreativliyinə mənfi təsir göstərir. Hər iki futbolçu fiziki cəhətdən güclü, mübarizədə qüvvətli olsa da, “onluq” roluna uyğun deyillər. “Vorskla”da müdafiədə ən güclülərin oynamaları matçdan əvvəl məlum idi. Bu cür nüdafiəni sındırmaq fərdi güclü oyunçuların hesabına mümkün idi.

İkincisi, “Qarabağ” çox ehtiyat etdi. Faktiki olaraq komanda bir ötürülmüş qoldan sonra hücuma keçdi, bu zaman nəyisə əldən vermək artıq gec idi. Hətta 0:0 hesabı zamanı “Qarabağ”ın itirəsi heç nəyi yox idi. Komandaya yalnız qələbə lazım idi. Avropa Liqasında heç-heçədən sonra qazanılan xal turnir nöqteyi-nəzərindən komandaya heç nə vermədi.

Hücumda da “Qarabağ”ın böyük problemləri var. Əbdül Zubir komanda yoldaşları ilə müqayisədə fərqlənsə də, lakin stabilliyi yoxdur. Səviyyəsinə görə də o, Pedro ilə eyni deyil.

İnnosent Emeqaru ilə bağlı jurnalistlər danışmaqdan yorulub. Bu forvard Azərbaycan çempionatının səviyyəsini ildən-ilə zəiflədir. Avropa Liqasının qrup mərhələsinə, heç Çempionlar Liqasından bəhs etməsək, o, uyğun gəlmir. Lakin Qurban Qurbanovun alternativ variantı yoxdur. Mərkəzdə Mahir Mədətov oynaya bilər ki, artıq ondan da danışmaqdan hamı yorulub.

“Qarabağ”ın transfer kampaniyası da uğursuz oldu

Burada daha bir problemə yanaşırıq. Ola bilsin ki, bu problem hər şeyin başında dayanır. “Qarabağ”ın yay transfer kampaniyası uğursuz oldu. Dünənə qədər bunun qapıçı mövqeyinə aid olub-olmadığı məlum deyildi.  

“Qarabağ” ümumilikdə müdafiədə pis oynamır. Donald Qeryenin müdafiənin sol cinahına ötürülməsi Qurban Quranovun düzgün qərarı adlandırmaq olar. Haitilini “Qarabağ”ın indiki heyətində ən yaxşı oyunçu adlandırmaq olar. O, qol vurur, fəal surətdə hücuma keçir, “hava mübarizələrində” yaxşıdır və ağıllı müdafiə olunur. Lakin “Qarabağ” Riçard Almeydasız oynamağa öyrəşməyib. Xüsusilə bu, Qara Qarayevin müdafiəsinə aiddir. Əgər topla oynamağı bacarmasan, onu Almeydaya ötür.

Klubun başlıca problemi Dino Ndlovu kimi qol vuran hücumçunun olmamasıdır. “Qarabağ” qol epizodları yaratsa da, lakin vurulan topların sayı əvvəlki kimi sıfırdır. Emeqara yalnız “Keşlə” ilə “Sumqayıt” kimi klublarla bacara bilər.

Nə üçün “Qarabağ” keyfiyyətli transferlər həyata keçirə bilmədi? Fransız mətbuatının məlumatına əsasən, “Qarabağ” Zubira 1 milyon avro ödəyib. Çempionlar Liqasının ötənilki oyununda komanda qazansa da, xərcləməyə xəsislik edir.

Qurban Qurbanov və Rəşad Sadıxov dəfələrlə qeyd edib ki, güclü futbolçular Azərbaycan çempionatına can atmır və “Qarabağ”ın təklifini ehtiyat variant kimi saxlayır.

Burada artıq hər mövsüm zəifləyən, komandaların və gələn legionerlərin səviyyəsinin aşağı düşən Azərbaycan çempionatının probleminə yaxınlaşırıq. “Qarabağ” yeddi oyun ərzində əsas heyətlə çıxmayıb. Daxili rəqabət olmadan “Qarabağ” və futbolçular inkişaf edə bilməz. Və bu cür çempionatla “Qarabağ” Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi artıq uğurdur.

Qurban Qurbanov həddindən artıq yüklənib

“Qarabağ”ın baş məşqçisinin yükü həddindən artıq ağırdır. Yığma öz tarixində ən vacib turnirdə oynayır. Elə bu dövrdə “Qarabağ” son beş-altı ilin ən ağır mövsümünü yaşayır. Komandada dəyişiklik edilir. Bu da daha çox yüklənmələrə, xüsusilə də psixoloji gərginliyə gətirib çıxarır.

Qurban Qurbanov iki vəzifənin öhədsindən gəlməkdə heç bir problem görmədiyini dəfələrlə vurğulayıb. Lakin hələ ki nə yığma, nə də “Qarabağ” bizi sevindirməyib. Heç şübhəsiz ki bu, iki vəzifəni birlikdə idarə etməyin nəticəsidir.

Gələn ay bir sıra məsələlər öz həllini tapacaq. Yığmanı Millətlər Liqasında iki həlledici oyun gözləyir, “Qarabağ” isə iki oyun ( “Vorskla” ilə qonaq və “Sportinq”lə ev oyunu) gözləyir ki, burada xal toplamaq olar.

1news.az futbol eskpertləri ilə söhbət edərək, “Qarabağ”dakı vəziyyət və Qurban Qurbanovun iki vəzifəni birlikdə idarə etməsilə bağlı fikirlərini alıb.

Vaqif Sadıxov: AFFA-nın Məşqçilər Komitəsinin rəhbəri:

“Dünən “Qarabağ” öz imkanlarından aşağı öynadı. Çempionuzumun iştirakı ilə ən pis oyunun şahidi olduq. Razılaşa bilərəm ki, “Qarabağ” yorulub. Milli yığmaya bir çox oyunçular çağırılır.

Bunları Qurban Qurbanov haqda da söyləmək olar. Millətlər Liqasından Avropa Liqasına, daha sonra isə Azərbaycan Çempionatına keçmək çətindir. Son nəticələr bunun göstəricisidir”.

Ceyhun Əliyev – Sport24.az portalının baş redaktoru:

“Dino Ndlovu və Riçard Almeyda var idi. Daha sonra İnnosent Emeqara və Simeon Slavçev gəldi. Həmçinin Pedro Enrike də vardı. İndi bu mövqelər Mahir Mədətovun ya da Araz Abdullayevin ixtiyarındadır. Slavçev? Zənnimcə, hazırda komandada daha faydalı Con Delarkadır. Vaqnerin dünənki kobud səhvinə baxmayaraq, “Qarabağ”ın hazırki heyətində ən yaxşı transfer hesab olunur. Almeydanın zamanı “Qarabağ” orta tempdə oynamağı bacarırdı.

Ndlov zamanı da “Qarabağ” cənubi afrikalıya güvənərək oyuna hakim olaraq bütün çətin məsələləri həll edirdi. Bu cür oyunçularla ağdamlılar tempi davam etdirməlidir. 270 dəqiqə ərzində komandanın bir dənə də olsun vurulmuş topu olmadı.

Qurbanova gəlincə, onun iki cəbhədə çalışması ilə bağlı birmənalı cavab vermək çətindir. Bir tərəfdən yaxşıdır ki, milli komandanın məşqçisi əlində yığma da var. Düşünürəm ki, Qurbanov fiziki cəhətdən bunların öhdəsindən gəlir. O, ölkə çempionatının bütün matçılarında iştirak edir, yığmanın legionerlərinə nəzər yetirir. Lakin psixoloji cəhətdən həqiqətən də onun çiyinlərində ağır yük var. 3 ay ərzində 6 rəsmi oyun. Bu, yığmamızın heç bir məqçisinin öhdəsinə düşməyib”.

Erkin İbrahimov – futbol eksperti:

“Nə qədər ki, çempionatın səviyyəsi yüksəlməyəcək, “Qarabağ” “Vorskla”nın, “Neftçi” “Uypeşt”ın, “Qəbələ” isə “Lüksemburq” klubunun qarşısında ağ bayraq qaldırmalı olacaqlar. Bir çempionat ki, finişdə çempion ilə ən yaxın rəqibi arasında 16 xallıq fərq var...

Bütün bunlarla belə, “Vorskla” kimi komandanı Bakıdan əli boş yola salmaq lazım idi. “Qarabağ” taktiki baxımından düzgün oynadı, oyun intizamı da yerində idi. Xüsüsi ilə müdafiə xəttində.

Oyunda vurulan yeganə qolu təsadüfi da, faciəvi da adlandırmaq olar. Bu cür kuryoz qollar da futbolun bir tərəfidir. Qolun bir təsadüf olduğunu sübüt etmək üçün “Qarabağ”ın kifayət qədər vaxtı da var idi.

Di gəl ki, yayda komandanın hücüm həttinə alınan futbolçular ilə Avropada nəyəsə nail olmaq qeyri-mümkündür. Emeqaranın sroku çoxdan bitib, böyük məqsədlər üçün deyil. Delarjın nəyinə “Qarabağ” “Bursaspora” transfer pulu ödəyib? Bu cür oyunçuya görə bursalılar gərək özləri onu aparan kluba pul verərdilər!

İndiki “Qarabağ”ın oyununda ən böyük çatışmazlıq bilirsiz nədi? Sürətin olmaması. Delarj, Emeqara və onlardan müsbət mənada seçilən Zubir belə sürətli futbolçular deyil. Avropada "başarılı" olmaq üçün irəli xəttdə sürətli futbolçuların olmalıdır. Necə ki, ötən il Pedro sırf sürəti hesabına qollar da vururdu, lazımı anda ötürmələr edirdi.

Əvvəl yığmamız güya nəyin hesabına oynayıb ki? 9 nəfər arxada, Zaur Tağızadə irəlidə. Hamı yorğun olanda, topu atırdılar Zaura, o da inanılmaz fərdi keyfiyyətlər hesabına təkbaşına qollar vururdu, follar qazanırdı, komanda yoldaşlarına dincəlmək imkanını yaradırdı. Sürət, sürət, bir də sürət! Sürətli futbolçular olmayanda da Vorskla kimi ağıllı müdafiə olunan komandalara qol vurmaq müşkülə çevirilir.

Yenə də, Azərbaycan futbolunun indiki durumunda komandamız qrup mərhələsinə qədər gedib çıxırsa, ona ancaq minnətdar olmalıyıq. Sadəcə dediyim odu ki, fərqli futbolçular ilə bu günə kimi 3, bəlkə də 4 xal yığmaq olardı. Ümid edək ki, bugünkü oyun düzgün təhlil olunacaq, və Poltavada bu məğlubiyyətin əvəzi çıxılacaq!

Qurbanovun hər iki vəzifənin öhdəsindən gəlmək məsələsinə gəlincə, bu, birmənalı olaraq nəticələrə öz təsirini göstərir. O, bunların onun işinə mane olmadığını söyləsə də, lakin protokolların doldurumasında problemlər çıxdı. Nəticə də o, yorulduğunu etiraf etdi.  

Mahir Mədətovla bağlı Qurbanov ciddi-cəhdlə onu heyətin əsasına qoyurdu. Üç aydır ki, hər kəs Mahirin bunun öhdəsindən gəlməyəcəyini deyirdi. Və oktyabrın sonunda o, bunu etirf etdi və Mahiri ehtiyat oyunçu səviyyəsinə keçirdi.

Qurbanov çox yorulur və bəzən də həqiqətləri unudur.  Bu da klubun, eləcə də yığmanın nəticələrinə pis təsir göstərir. Futbol son 10 ildə o qədər dinamik olub ki, bunun üçün vəzifələrin qarışdırılmasında yaxşı nümunə göstərə bilmərəm. Həmçinin “Qarabağ” yenidənqurma dövrünü yaşayır. İstəməzdim ki, hər şey Millətlər Liqasının yanından ötsün və Avropa Liqası uğursuz nəticələnsin”.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1136

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər