“Qarabağ” qalib gəldi, “Arsenal” evdə xal itirdi | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” qalib gəldi, “Arsenal” evdə xal itirdi

11:30 - 09 / 11 / 2018
“Qarabağ” qalib gəldi, “Arsenal” evdə xal itirdi

UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib.

1news.az-ın məlumatına görə, 12 qrupda 24 qarşılaşma oynanılıb.

Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” səfərdə Ukraynanın “Vorskla” klubuna minimal hesabla qalib gəlib. Komandamızla birdə E qrupunda mübarizə aparan  “Arsenal”la “Sportinq” Londonda üz-üzə gəlib. Matç qolsuz bərabərliklə başa çatıb. Bu qələbə ilə xalını 10-a yüksəldən London klubu "pley-off"a vəsiqəni təmin edib.  

Türkiyə təmsilçilərindən “Akhisar” öz meydanında “Sevilya”nı qəbul edib və 2:3 hesabı ilə uduzub . İstanbul klublarının isə Belçika təmsilçiləri ilə dueli olub.  “Beşiktaş” “Genk”lə səfərdə heç-heçə (1:1) edib, “Fənərbaxça” isə “Anderlext”lə ev oyununda qalib gəlib - 2:0.

IV turun oyunlarından sonra "Arsenal”la yanaşı, "Ayntraxt” (Almaniya), "Latsio” (İtaliya), "Çelsi” (İngiltərə), "Sürix” (İsveçrə), "Bayer” (Leverkuzen, Almaniya) və "Dinamo” (Zaqreb, Xorvatiya) klubları 1/16 final mərhələsinə vəsiqəni təmin ediblər. 

A qrupu

"Bayer" (Almaniya) - "Sürix" (İsveçrə) - 1:0

"Lüdoqorets" (Bolqarıstan) - AEK (Kipr) - 0:0

Xal durumu: "Sürix" - 9, "Bayer" - 9, AEK - 2, "Lüdoqorets" - 2.

B qrupu

"Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) - 2:1

"Rusenborq"(Norveç) - "Zaltsburq" (Avstriya) - 2:5

Xal durumu: "Zaltsburq" - 12, "Seltik" - 6, "Leyptsiq" - 6, "Rusenborq" - 0.

C qrupu

"Slaviya" (Çexiya) - "Kopenhagen" (Danimarka) - 0:0

"Bordo" (Fransa) - "Zenit" (Rusiya) - 1:1

Xal durumu: "Zenit" - 8, "Slaviya" - 7, "Kopenhagen" - 5, "Bordo" – 1.

D qrupu

"Fənərbağça" (Türkiyə) - "Anderlext" (Belçika) - 2:0

"Dinamo Zaqreb" (Xorvatiya) - "Spartak Trnava” (Slovakiya) - 3:1

Xal durumu: "Dinamo" - 12, "Fənərbağça" - 7, "Spartak" - 3, "Anderlext" - 1.

E qrupu

"Vorskla" (Ukrayna) - "Qarabağ" (Azərbaycan) - 0:1

"Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) - 0:0

Xal durumu: "Arsenal" - 10, "Sportinq" - 7, "Vorskla" - 3, "Qarabağ" - 3.

F qrupu

"Betis" (İspaniya) - "Milan" (İtaliya) - 1:1

"Olimpiakos" (Yunanıstan) - "Düdelanj" (Lüksemburq) - 5:1

Xal durumu: "Betis" - 8, "Milan" - 7, "Olimpiakos" - 7, "Düdelanj" - 0.

G qrupu

"Spartak" (Rusiya) - "Reyncers" (Şotlandiya) - 4:3

"Rapid" (Avstriya) - "Vilyarreal" (İspaniya) - 0:0

Xal durumu: "Vilyarreal" - 6, "Spartak" – 5, "Reyncers" - 5, "Rapid" – 4.

H qrupu

"Apollon" (Kipr) - "Ayntraxt" (Almaniya) - 2:3

"Latsio" (İtaliya) - "Marsel" (Fransa) - 2:1

Xal durumu: "Ayntraxt" - 12, "Latsio" - 9, "Apollon" - 1, "Marsel" - 1.

I qrupu

"Genk" (Belçika) - "Beşiktaş" (Türkiyə) - 1:1

"Malmö" (İsveç) - "Sarpsporq" (Norveç) - 1:1

Xal durumu: "Genk" - 7, "Malmö" - 5, "Sarpsporq" - 5, "Beşiktaş" – 4

J qrupu

"Akhisar" (Türkiyə) - "Sevilya" (İspaniya) - 2:3

"Krasnodar" (Rusiya) - "Standard" (Belçika) - 2:1

Xal durumu: "Sevilya" - 9, "Krasnodar" - 9, "Standard" - 6, "Akhisar" - 0.

K qrupu

"Astana" (Qazaxıstan) - "Yablonets" (Çexiya) - 2:1

"Dinamo Kiyev” (Ukrayna) - "Renn" (Fransa) - 3:1

Xal durumu: "Astana" - 8, "Dinamo" - 8, "Renn" - 3, "Yablonets" – 2.

L qrupu

BATE (Belarus) - Çelsi" (İngiltərə) - 0:1

"Videoton" (Macarıstan) - PAOK (Yunanıstan) - 1:0

Xal durumu: "Çelsi" - 12, "Videoton" - 6, BATE - 3, PAOK – 3.

1news.az

Paylaş:
656

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər