Qarabağda erməni əsgərinin ölümü ilə bağlı onun xidmət yoldaşı saxlanılıb
Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ ərazisində erməni əsgərinin ölümü ilə bağlı onun xidmət yoldaşı saxlanılıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, martın 26-da axşam saatlarında müqavilə əsasında xidmət edən 1998-ci il təvəllüdlü Ara Arakelyan aldığı güllə yarasından ölüb, kiçik serjant Andranik Koşkanyan isə biləklərindən güllə yarası alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Cinayətin törədilməsində şübhəli bilinən ölən hərbçinin xidmət yoldaşı saxlanılıb.
P.Sultanova
270