Qarabağda erməni hərbçi ağır güllə yarası alıb
Azərbaycanın işğal edilmiş ərazilərində erməni əsgər ağır güllə yarası alıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, erməni əsgər 199-cu il təvəllüdlü Rafiq Vaqanyan hərbi hospitala yerləşdirilib.
Gözündən güllə yarası alan erməni əsgərin çox ağır vəziyyətdə olduğu bildirilir. O, İrəvanın "Muratsan" xəstəxanasına köçürüləcək.
P.Sultanova
386