Qarakənd faciəsinin 27-ci ildönümüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarakənd faciəsinin 27-ci ildönümüdür

09:04 - 20 / 11 / 2018
Qarakənd faciəsinin 27-ci ildönümüdür

Bu gün qanlı 1991-ci il 20 noyabr faciəsi - terror aktından düz 27 il ötür.

1news.az xəbər verir ki, Azərbaycanın müstəqilliyinin ilk dövrlərində -1991-ci ilin noyabr ayının 20-də Dağlıq Qarabağın Qarakənd  kəndinin səması üzərində, sonradan aparılan  hesablamalara görə, üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 hərbi vertolyotu saat 14:42 radələrində  erməni hərbi birləşmələri-terrorçuları tərəfindən vurulub.

Həmin faciə-qanlı terrakt haqqında ilkin məlumat isə o zaman  Prezident Aparatına (Administrasiyasına) təxminən saat 19:55 radələrində çatıb.

Azərbaycanın o vaxtkı  tanınmış bir qrup dövlət, siyasi və ziyalı elitasının da yer aldığı həmin hərbi vertolyotun  Qarakənd səmada partladılması, vurulması nəticəsində epikaj üzlərinin hamısı həlak olub.

Təxminən 20-yə yaxın ekipaj üzvü arasında Azərbaycanın o vaxtkı dövlət katibi, akademik Tofiq İsmayılov, daxili işlər naziri, general Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, baş nazirin müavini Zülfi Hacıyev, keçmiş SRRİ xalq deputatları, yazıçı Vəli Məmmədov və Şuşa Şəhər İcra Hakimiyyətinin ilk başçısı Vaqif Cəfərov, meliorasiya və su təsərrüfatı nazirinin yeni təyin olunmuş müavini, millət vəkili Qurban Namazəliyev , tanınmış jurnalist, Prezident Aparatının (Administrasiyasının) mətbuat xidmətinin rəhbəri Osman Kazımov, tanınmış telejurnalist Alı Mustafayev, video-oprator Fəxrəddin Şahbazov, AzTV-də işıqçı işləyən Arif Hüseynzadə, dövlət katibinin köməkçisi Rafiq Məmmədov olub və onlar  dəhşətli faciə - növbəti erməni qətliamı nəticəsində öz həyatlarını Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda itiriblər.

Bununla yanaşı, həmin vaxt vertolyotda olan rusiyalı və qazaxıstanlı mülki-hərbi şəxlər-İqor Aleksandiroviç Plaviski, Vladimir  Vladimiroviç Kovalyov, Nikolay Vladimiroviç Jinkin, Sanlal Dasumoviç Serikov, Mixail Dmitriyeviç Lukaşov, Oleq Nikoloyeviç Koçerev və digər 4 nəfər də erməni terraktının qurbanı olub.
    
Həmin vaxtdan bu qanlı erməni terroru ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən çinayət işinin açılmasına baxmayaraq, hələ də 20 noyabr  vertolyot faciəsinin-qətliamının əsas günahkarları və caniləri öz layiqli cəzalarını almayıblar.

Qeyd edək ki, həmin faciədə-qətliamda həyatlarını itirənlərdən yalnız 3 nəfəri - Alı Mustafayev, Fəxrəddin Şahbazov və Arif Hüseynzadə ölümlərindən sonra mərhum sabiq prezident Əbülfəz Elçibəyin 1992-ci il fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər.

1news.az

Paylaş:
347

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər