Qazaxıstanın Səhiyyə Nazirliyi Azərbaycanın aparıcı İT şirkətinə təşəkkür məktubu göndərib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qazaxıstanın Səhiyyə Nazirliyi Azərbaycanın aparıcı İT şirkətinə təşəkkür məktubu göndərib

11:37 - 15 / 11 / 2017
Qazaxıstanın Səhiyyə Nazirliyi Azərbaycanın aparıcı İT şirkətinə təşəkkür məktubu göndərib

Azərbaycanın aparıcı İT şirkəti Cybernet tibb sahəsində islahatlara verdiyi töhfəyə görə  Qazaxıstan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təşəkkür məktubu ilə təltif olunub.

Bununla bağlı şirkətin əməkdaşları baş direktor İlham Namazov və layihənin direktoru İsmayıl Hüseynli Qazaxıstan tibb təhsili və elmində aparılan islahatlarda iştirakına və Qazaxıstan tibb işçilərinin bilik və bacarıqlarının müstəqil qiymətləndirilməsi sisteminin yaradılmasına verdikləri töhfəyə görə Qazaxıstan Respublikası Səhiyyə Nazirliyi Respublika Səhiyyənin İnkişafı Mərkəzi tərəfindən təşəkkür məktubları ilə təltif olunub.

Dünya Bankının layihəsi çərçivəsində Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin sifarişi ilə Cybernet Qazaxıstan Respublikası Səhiyyənin İnkişafı Mərkəzi (RSIM) üçün işləyib hazırladığı İnteqrə olunmuş İnformasiya Sistemini (İİS) uğurla test edərək təhvil verib.

İİS-in pilot versiyası cari ilin oktyabrında Cybernet əməkdaşlarının və RSİM nümayəndələrinin iştirakı ilə uğurla işə salınıb. Pilot versiyanın istifadəsində iştirak etmiş personal sistemdən istifadənin sadə və etibarlı olduğunu qeyd edib.    

İnteqrə olunmuş İnformasiya Sistemi (İİS) təhlükəsiz şəbəkədə kompyuter testləşdirməsinə dair beynəlxalq tələblərə əsasən Dünya Bankının layihəsi çərçivəsində işlənib hazırlanıb. İİS inzibatçılıq, imtahana hazırlıq prosesinin idarə olunması, praktik vərdişlərin qiymətləndirilməsi, forum, vebinar, axtarış və hesabat sistemi kimi modullardan təşkil olunmuş kompleks bir sistemdir. Bu sistem həkimlər və tibb bacıları, ali tibb məktəblərinin məzunları, rezidentləri, internləri, kollec məzunları, professor-müəllim heyəti üçün nəzəri və praktik imtahanın aparılmasını təmin edir.

Qeydiyyat, testləşdirmə və nəticələrin hesablanması avtomatik qaydada insan amilinin təsiri olmadan həyata keçirilir. Hər bir iddiaçı üçün yaradılan şəxsi elektron kabinet imtahan tarixini və vaxtını seçməyə, habelə imtahanda iştirak ərizəsi verməyə və onun gedişini izləməyə imkan verir. Testləşdirmənin nəticələri dərhal iddiaçının  şəxsi kabinetinə göndərilir, onların silinməsi və yaxud dəyişdirilməsi mümkün deyil. Sistem informasiyanın və məlumat bazalarının bir neçə müdafiə səviyyəsinə, habelə hər hansı bir informasiya bölümünə səlahiyyətli və icazəsiz girişlərin nəzarətinə malikdir.   

Səhiyyə mütəxəssislərinin bilik və vərdişlərinin qiymətləndirilməsində İİS-in tammiqyaslı tətbiqinə 2018-ci ilin əvvəlindən başlanması planlaşdırılır. Hazırkı mərhələ sistem praktik fəaliyyətə buraxılana qədər tibb işçilərinin biliklərinin qiymətləndirilməsi zamanı qeydiyyat, testləşdirmə və nəticələrin təhlili prosedurunun həyata keçirilməsində keyfiyyəti və etibarlılığı yüksəldəcək.   

Qazaxıstan Respublikası Səhiyyənin İnkişafı Mərkəzi tərəfindən 2016-cı ildə həyata keçirilmiş bilik və vərdişlərin qiymətləndirilməsi zamanı korrupsiya risklərinin aradan qaldırılması üçün İnteqrə olunmuş İnformasiya Sisteminin (İİS) işlənib hazırlanmasına dair tenderdə Azərbaycanın aparıcı İT şirkəti olan Cybernetlə yanaşı Portuqaliya, Slovakiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdən 10 şirkət iştirak edib. Rusiyanın Bars Group şirkəti ilə konsorsiumda olan Cybernet şirkəti tenderdə qalib gəlib və  2016-cı il dekabrın 6-da Astanada Qazaxıstan Respublikası Səhiyyə Nazirliyi ilə bu sistemin işlənib hazırlanmasına dair müqavilə imzalanıb.

Reklam hüququnda

Paylaş:
977

Son xəbərlər

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamıBu gün, 10:45Qırğızıstan Prezidenti Azərbaycana gəlirBu gün, 10:38Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09
Bütün xəbərlər