“Qəbələ” futbol klubu: Azərbaycanda yeganə futbol akademiyası necə fəaliyyət göstərir? – FOTO | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ” futbol klubu: Azərbaycanda yeganə futbol akademiyası necə fəaliyyət göstərir? – FOTO

16:27 - 27 / 02 / 2019
“Qəbələ” futbol klubu: Azərbaycanda yeganə futbol akademiyası necə fəaliyyət göstərir? – FOTO

“Qəbələ” futbol klubu – Azərbaycanda yaradılmış idman infrastrukturu və futbol akademisıyasının uğurlu nümunəsidir.

Bunun nəticəsi olaraq bu mövsümdə premyer-liqanın klublarında Qəbələ akademiyasının 26 yetirməsi çıxış edir. Həmçinin 20 nəfər də Birinci divizyonda oynayır.

Builki mövsümdə “Qəbələ”nin heyətinə 25 futbolçu rəsmi müraciət edib, bunlardan 19 nəfəri yerli futbolçu olmaqla yanaşı, 11-i akademiyanın yetirməsidir.

Yanvarda “Qəbələ”nin transfer pəncəri istedadlı yetirməsi Hacıağa Hacılını “Qarabağ”a buraxdı. Bu sövdələşməyə görə klub 200 min manat əldə etdi.

“Qəbələ” xaricə gedən yetirmələri üçün də maneçilik yaratmır. Yarımmüdafiəçi Fərid Nəbiyev ikinci mövsümdür ki, Çexiyanın “Slaviya” gənclər komandasında çıxış edərək, məhsuldar nəticələr nümayiş etdirir. Gələcəkdə Avropa seçimlərində o, Azərbaycanın gənclər yığmasının (U-21) liderlərindən biri olmalıdır.

Ötən mövsümdə “Slaviya”da klubun digər yetirməsi Rövlan Muradov da çıxış edib. Mövsümün birinci hissəsində Rövlan “Qarabağ”da, yanvarda isə “Qəbələ”yə qayıdıb.

Ötən mövsümdə “Qəbələ”nin dörd uşaq-yeniyetmə komandaları U-19, U-17, U-16 və U-13 çempion oldu. U-19 komandası isə tarixi uğura imza ataraq UEFA-nın Yeniyetmələr Liqasının ikinci turuna yüksəlib.

“Qəbələ” böyük tarixə malik klub deyil. Klubun yaranma tarixi 1995-ci ilə təsadüf edir. Lakin 2006-cı ildə “Gilan” Qəbələyə getdikdən bir il sonra adı dəyişdirilərək  “Qəbələ” olub. Bu vaxtdan başlayaraq klub fəal şəkildə infrastruktur və akademiya yaratmağa başlayır. Akademiyanın ilk yetirməsi komandanın tərkibində 2011-ci ildə debüt edir. Bu, Tarzin Cahangirov olur.

 “Qəbəblə” yeganə klubdur bu futbol akademisyasını yarada bilib. Akademiyada 11 meydan var. Bunların 5-i təbii ot örtüyü ilə, 3-ü standart olaraq süni, 2-si kiçik süni və biri bağlı meydanlardır. Akademiyada 30 azərbaycanlı məşqçi çalışır.

Premyer Liqanın digər klublarında bu cür şərait yoxdur. Bir zamanlar “Bakı” klubu da yaxşı baza yaratmışdı, hazırda klub fəaliyyət göstərmir.

1news.az “Qəbələ” akademiyasının direktor müavini Nail Kərimovla akademiyanın fəaliyyəti ilə bağlı söhbət aparıb.

Büdcə

Digər klublardan fərqləndirici xüsusiyyətlərdən biri hər il uşaq futboluna kifayət qədər vəsait ayırmağımızdır. Dəqiq rəqəm açıqlanmasam da bu, ötən il yeddi Azərbaycan klubunun UEFA-dan aldığı səviyyəyə yaxındır.

Ötən mövsüm “Qarabağ”ın Çempionlar Liqasında iştirakı hesabına klublar 1 milyon manat əldə etdi. Yəni əvvəlki illərdə bu cür yardım almamışıq. Bu məbləğin nəyə sərf edəcəyimizlə bağlı hesabat hazırlayaraq AFFA-ya təqdim edəcəyik. Əslində bu, Bakıda klub üçün yüksək həcmdir. Paytaxtda 4 milyona yaxın sakin yaşayır. Klubların gənc futbolçular üçün yataqxana tikməsinə ehiyac yoxdur.

Aparıcı Avropa akademiyalarının büdcələri ilə müqayisədə bu, yüksək məbləğ deyil, lakin bizim hələ ki, belə ambisiyalarımız da yoxdur. Əgər mərhələli şəkildə çalışsaq, müəyyən proqresə nail ola bilərik.

Müəllifdən: KİV və digər mənbələrə görə, “Qəbələ” akademiyasına klubun büdəcisinin 10%-ni xərcləyir. Azərbaycanın heç bir klubu uşaq-yeniyetmə futboluna bu qədər diqqət ayırmır.

Skautinq sistemi

Skautinq sisteminin tətbiqindən 5 il ötür. Məqsəd ölkənin bütün regionlarında 14 yaşa qədər istedadlı uşaqların aşkara çıxarmaqdır. 5 il əvvəl aşkar etdiyimiz uşaqların indi 16-17 yaşı var. Bu iş fasiləsiz olaraq davam edir. Bir zamanlar Kamran Quliyevi də bu cür kəşf etmişdik. İndi “Qəbələ”nin uşaq komandalarında Füzuli, Lənkəran və digər regionlardan olan uşaqlar çıxış edir. Komandada cəmi 9 skaut var ki, onlar bütün Azərbaycan üzrə istedadları axtarırlar.

Müəllifdən: əlbəttə ki, digər klublarda skautlar yoxdur. Ən yaxşı hala klublar uşaq komandalarına heyət yığmaq üçün elan verir.

Akademiya necə fəaliyyət göstərir?

Hər il məşq və oyun sistemimizi yeniləyirik. Bunun üçün zaman lazımdır. Bu, nəinki oyunçulardan, həm də məşqçilərdən də asılıdır. Klubumuzun öz qayda və şablonları var.

Bununla da, yeni məşqçi akademiyaya işə başlayarkən nəyə diqqət yetirməsini və hansı oyun modelindən istifadə etməsini bilir. Hər mövsüm məşqçi heyətimizi 60-70% saxlamağa çalışırıq.

İlk əvvəl işə başlayanda təcrübəmiz çatışmırdı. Futbolçu və məşqçi seçərkən hardasa səhvlərə yol verə bilərdik. Nümunə üçün, ilk illərdə müxtəlif məşqçilər gənc futbolçuları tövsiyyə edirdi, daha sonra onların saxta olduqları (sənəddə doğum tarixlərini dəyişmişdilər) üzə çıxdı. Həmin məşqçilər digər komandalarda çalıraraq AFFA-ya “Qəbələ”də saxta futbolçularının oynadıqlarından şikayət ediblər.

Zamanla bu halları aradan qaldırdıq. Təcrübə qazandıq. Məhz biz Azərbaycanda əsl futbol akademiyasını yarada bildik. Buna sıfırdan başlayaraq, xarici təcrübədən istifadə etdik.

Akademiyada işləmək üçün nə vacibdir?

İstərdik ki, rəqabət olsun. Çox vaxt bizə deyilir ki, hasısa klubun U-15 komadası cədvəldə sizdən yüksəkdədir, siz isə rəqabətin olmamasından danışırsınız. Bu, düzgün sual deyil. Biz ciddi klubdan və normal akademiyadan bəhs edirik. Bütün uşaq komandaları inkişaf etməlidir, müəyyən koteqoriyadan olan komandalar deyil.

Uşaq komandalarında istedadlar yetişməlidir. Məşqçi heyət nəyin üzərində çalışdıqlarını bilməlidirlər. Hansısa görüşdə nəticə ola bilməz, lakin ümumi öhdəliklər aydın olmalıdır. Əgər ölkədə bu cür 3-4 akademiya olarsa, biz də inkişaf edə bilərik.

Akademiyada çalışmağın əsas faktoru maliyyədir. Əgər pul yoxdursa, heç nə etmək olmur. Daha sonra isə müvafiq infrastruktur yaradılmalıdır. Bundan sonra peşəkar komanda formalaşmalıdır. Burada ixtisaslaşdırılmış məşqçilər və texniki işçilər, həmçinin tibbi heyət də olmalıdır.

Bu barədə bir sıra problemlər var. Bilirik ki, ölkədə güclü məşqçilər azdır, həmçiinin “idman həkimi” istisası da yoxdur. Buna görə də klub öz kadrlarını yetişdirməlidir.

“Qəbələ” UEFA-nın ölkəmizdə təşkil etdiyi məşqçilər üçün seminarlarla kifayətlənmir. Mütəxxəsislərimizi xarici treninqlərə də göndəririk. Demək olar ki, bütün Avropa klublarının bazalarında olmuşuq və onların təcrübələrindən faydalanmağa çalışmışıq. Bu da yaxşı oyunçuların yetişdirilməsinə gətirib çıxarır.

Böyük futbola keçidin çətinlikləri

Azərbaycanda hər bir gənc 18 yaşında həddi-buluq yaşına çatmış hesab olunur. Lakin mənim subyektiv fikrimdir ki, psixoloji yaş səviyyəsi daha gec baş verir. Avropa klubları ilə müqayisədə müstəqil qərar qəbul edən zaman bir sıra çətinliklər yaşayırıq. Diqqət etmisinizsə, Azərbaycan futbolçularının “ulduz saatı”  23-24 yaşıında baş tutur. Bu yaşda onlar özlərinə inanır, hansı məqsədə can atdıqlarını yaxşı bilir. Buna görə də 18-19 yaşlı futbolçularımız öz güclərini göstərə bilmir.

Futbol nöqteyi-nəzərindən də baxdıqda, Azərbaycanın gənc futbolçuları yaxşı əməkhaqqı alır. Bizi Gürcüstanla müqayisə edin. Bu ölkədə çempionat elə də güclü deyil, maliyyə vəziyyəti də. Buna görə də gürcü komandaları futbolçuların yetişdirilməsi və onları xarici klublara satılması ilə məşğuldur.

Bu mövsüm Gürcüstanda kim çempion oldu? “Saburtalo”. Bu klub ilk əvvəl uşaq futbolu ilə məşğul olub. Əldə etdikləri vəsait hesabına stadion tikdilər. Hazırda klubun on yetirməsi Avropa klubunda oynayır.  

Bizdə isə vəziyyət fərqlidir. 2004-cü ildən Azərbaycan çempionatında pul olub. Son iki ildə klublarımız oyunçulara çox məbləğ ödəmir, buna görə də futbolçular legioner karyerası haqqında düşünürlər.

Əgər yerli oyunçular xaricə getməyə can atmırsa, komandalar yüksək yerlər uğrunda mübarizə aparır, burada gənclərə yer qalmır.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
5726

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər