Qida Təhlükəsizliyi Agentliyi Qəbələdə məktəblilərin kütləvi zəhərlənməsi ilə bağlı açıqlama verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qida Təhlükəsizliyi Agentliyi Qəbələdə məktəblilərin kütləvi zəhərlənməsi ilə bağlı açıqlama verib

17:05 - 20 / 11 / 2018
Qida Təhlükəsizliyi Agentliyi Qəbələdə məktəblilərin kütləvi zəhərlənməsi ilə bağlı açıqlama verib

İlkin araşdırmalara əsasən, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən məktəblilər arasında qida zəhərlənməsi baş verməyib.

Çünki aksiyada iştirak edən 240 nəfərlik müəllim və şagird heyətindən cəmi 5 nəfərin səhhətində problem yaranıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, hadisənin soyuqdəymə, allergik və digər səbəblərdən baş vermə ehtimalı mövcuddur:

"Bununla yanaşı hadisənin səbəblərinin konkret şəkildə aydınlaşdırılması üçün əraziyə ezam olunmuş Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən laborator müayinələr üçün nümunələr götürülüb və müvafiq laboratoriyaya təqdim olunub. Aparılan laborator müayinələrin nəticələri ilə bağlı yekun məlumat ictimaiyyətə təqdim olunacaq".

Qeyd edək ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən 5 məktəbli və bir müəllim qida zəhərlənməsi əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Onlar bu gün səhər saatlarında Qəbələ rayonundakı hotellərdən birində yemək yedikdən sonra Şəkiyə gəliblər.

S.Xankişiyeva

 

Paylaş:
437

Son xəbərlər

Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29
Bütün xəbərlər