“Qızıl top”un sahibi məlum oldu | 1news.az | Xəbərlər
Futbol

“Qızıl top”un sahibi məlum oldu

09:54 - 04 / 12 / 2018
“Qızıl top”un sahibi məlum oldu

Dekabrın 4-də Parisdə “Qızıl top” mükafatının təqdim edilməsi mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, mərasimdə FIFA və “France Football” jurnalı 2018-ci ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının sahibinin adını açıqlayıb.

Gözlənildiyi kimi “İlin ən yaxşı futbolçusu” adına Xorvatiya millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç layiq görülüb. O, səsvermə nəticəsində “Atletiko Madrid” klubunun hücumçusu Antuan Qrizmanı, “Çelsi” komandasının əsas qol silahı sayılan Edən Hazardı və Kriştiano Ronaldonu (“Real Madrid”- “Yuventus”) qabaqlayıb.

Mərasimdə, həmçinin FIFA tərəfindən bu il ilk dəfə olaraq ən yaxşı gənc (20 yaşa qədər) və qadın futbolçuya da mükafatlar təqdim edilib. Ən gənc kişi futbolçusu nominasiyasında qalib Fransanın PSJ komandasının hücumçusu Kilyan Mbappe olub. Ən yaxşı qadın futbolçu adına isə Fransanın “Lion” klubunun hücumçusu Ada Heqerberq layiq görülüb.

Qeyd edək ki, “Qızıl Top” “France Football” həftəlik dərgisinin baş redaktoru olan Qabriel Anonun təşkil etdiyi illik mükafatdır. Mükafat 1956-cı ildən futbol yazarlarının fikrinə əsasən ən yaxşı oyunçuya təqdim olunur. Mükafatın ilk qalibi 1956-cı ildə ingiltərəli hücumçu Stenli Metyuz olub. 

Kriştiano Ronaldo və Lionel Messi mükafatı ən çox qazanan futbolçulardır. Onlar hərəyə beş dəfə “Qızıl top”a sahib olublar.

1news.az

Paylaş:
881

Son xəbərlər

Cavanşir Məmmədovla vida mərasimi keçirilirBu gün, 15:56Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55
Bütün xəbərlər