Radara “Prado” düşdü, protokol “Jiquli”yə gəldi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Radara “Prado” düşdü, protokol “Jiquli”yə gəldi – FOTO

11:50 - 24 / 09 / 2018
Radara “Prado” düşdü, protokol “Jiquli”yə gəldi – FOTO

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbə sakini Ağababa Rəhimov ünvanına gələn inzibati protokoldan təəccüblənib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Avtosfer.az-a müraciət edən vətəndaş deyir ki,  ona gələn MMX 7787848 nömrəli protokola idarə etdiyi VAZ 2105 markalı, 10 FG 836 dövlət nömrə nişanlı avtomobili ilə Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 253-cü km-də radara düşdüyü qeyd olunub.

Amma maraqlısı odur ki, onun avtomobilinin nömrəsi və markası yazılan protokoldakı fotoda tamamilə başqa dövlət nömrə nişanı olan "Prado" markalı avtomobil var. Sürücü deyir ki, heç vaxt həmin istiqamətdə hərəkət etməyib. Həmçinin şəkildəki "Prado" da onun deyil. Çünki protokolun altında yazılan VAZ 2105 markalı avtomobili sürür.

Sürücü DYP-yə müraciət edərək məsələnin araşdırılması və həllini tapmasını xahiş edib.

S.Xankişiyeva

Paylaş:
1916

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər