Rasim Musabəyov: Əgər İran birinci zərbə endirməzsə, ABŞ bunu etməyəcək | 1news.az | Xəbərlər
Müsahibə

Rasim Musabəyov: Əgər İran birinci zərbə endirməzsə, ABŞ bunu etməyəcək

13:19 - 08 / 07 / 2019
Rasim Musabəyov: Əgər İran birinci zərbə endirməzsə, ABŞ bunu etməyəcək

ABŞ prezidenti Donald Tramp İranı az zənginləşdirilmiş uranın limitini aşmaq qərarından sonra hədələyib.

“İran, təhdidlərində ehtiyatlı ol. Bu təhdidlər başqa cür nəticələnə bilər”,- Tramp Twitter hesabında yazıb.

İran prezidenti Həsən Ruhani bəyan edib ki, əgər nüvə sövdələşməsinin iştirakçıları öz öhdəliklərinə riayət etməzsə, Tehran iyulun 7-dən 3,67% uranın zənginləşməsinə başlayacaq.

İran-ABŞ qarşıdurmasının hansı nəticələrə yol açacağı ilə bağlı politoloq, Milli Məclisin deputatı Rasim Musabəyova müraciət etdik:  

- Trampın bu bəyanatının geriyə yol olmadığı ilə bağlı son hesabat hesab etmək olar?

- Belə düşünmürəm, bu, sadəcə sözlərdir. Söz təhdidi dövlət başçılarına xasdır. Hesab etmirəm ki, bunun arxasınca hansısa hərbi zərbələr başlasın. İranın nüvə sövdələşməsindən çıxması, ən azından Fransa, AFR və İngiltərə kimi ABŞ-ın sansiya təzyiqinə qoşulmasıdır.

- Amerikalılar bütün sanksiyaları tətbiq etdiyi halda, Tehrana qarşı daha hansı sanksiyalar tətbiq oluna bilər?  

- İrana tibbi ləvazimatlar, ərzaq məhsulları hələ də göndərilir axı.

- Bəs hərbi məsələ?

- Hərbi məsələyə gəlincə, ABŞ və onun müttəfiqləri tərəfindən İranın hərbi obyektlərinə zərbələr endirilməyəcək. Düşünürəm ki, yerli, təsadüfi qarşıdurma olmazsa, Tramp hər hansı zərbə endirməyəcək.

Məsələ burasındadır ki, bir zərbə endirmək mümkün deyil. Ən azından əsas infrastrukturu məhv etmək lazımdır. Bu o deməkdir ki, limanları, aerodromları, rabitə əlaqələrini bombalamaqdır.

Düşünmürəm ki, vətəndaş obyektlərinə zərbələr endirilsin. Bu da İranın əsas hərbi infrastrukturunun genişmiqyaslı məhvidir.

- Bütün bunlar Azərbaycana necə təsir göstərə bilər?

- Düşünmürəm ki, hazırki hadisə bizə nə cürsə təsir etsin. İran Azərbaycanla ticarətdə az yer tutur. Bu münasibətlərin istər Azərbaycan, istərsə də İran üçün əhəmiyyətli olmasını düşünmürəm.

- ABŞ Azərbaycandan İranla bütün əməkdaşlığı kəsməyi tələb edə bilərmi?

- Mükün deyil. İranla hər hansı tranzaksiyaların dollarla edilməsi qadağandır, Azərbaycan da bunu həyata keçirmir.

- İran prezidenti Həsən Ruhanı Tehranda Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanla görüş zamanı Ermənistanla qarşılıqlı ticarət zamanı milli valyutaya keçid təklif edib.

- Eyni problemdir. Çünki dollarla tranzaksiya qadağandır. Əgər Fransa, AFR və İngiltəyərə qoşulrsa, nə funt, nə avro istifadə olunmayacaq.

- Bir neçə il öncə, İranda gərginlik baş verdikdə bir çox iranlı Azərbaycandan daşınmaz əmlak aldı. Bu vəziyyət yenidən təkrarlana bilər?

- Kimin ki əlində vəsaiti vardı bunu etmişdi. İndi İranda valyuta məsələsində gərginlik çox olduğu üçün düşünmürəm ki, Bakıda iranlılar əmlak alsın. Lakin bu göstərici Türkiyədə daha yüksəkdir. İranlıların indi pulu yoxdu, rialın məzənnəsi dollarla müqayisədə çox aşağı düşüb. Hətta varlı iranlıların da əlavə vəsaiti yoxdur.

- Şimali Avropanı Cənub-Şərqi Asiya ilə, həmçinin Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirən “Şimal-Cənub” nəqliyyat dəhlizinin həyata keçirilməsi necə olacaq?

- Avqustda Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü baş tutacaq. Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani digər məsələlərlə yanaşı, Azərbaycandan keçməklə İran və Rusiyanı birləşdirən “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı məsələsini də müzakirə edəcəklər.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1924

Son xəbərlər

Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, yolda tıxac yaranıbBu gün, 09:16Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:06“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02
Bütün xəbərlər